Daha 7 mikro və kiçik sahibkar "Startap" şəhadətnaməsi aldı, 3 il vergiləri ödəməyəcəklər - ADLARI
Daha 7 mikro və kiçik sahibkara "Startap" şəhadətnaməsi verildib. İnnovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən azad olunan mikro və kiçik sahibkarların sayı 200-ü ötüb.“Startap” şəhadətnaməsi almaq üçün KOB subyektlərindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) daha 9 müraciət daxil olub.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən Marja-ya verilən məlumata görə, müraciətlərə Ekspertlər Şurasının növbəti iclasında baxılıb və onlardan 7-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 206-ya çatıb.
“Startap” şəhadətnamələri "Aprimus" MMC-nin tibbi xidmətlərin qeydiyyatı, nəzarət və analiz platforması, "Nomadman Studio" MMC-nin kompüter oyunlarının istehsalı, "Poolin İnsurtech" MMC-nin “insurtech” sığorta həlləri üçün onlayn platforması, "Remart Digital Solutions" MMC-nin yaşayış kompleksləri üçün onlayn satış və biznes proseslərinin idarəetmə platforması, "Novalingua" MMC-nin xarici dillərin öyrədilməsi və qiymətləndirilməsi üçün süni intellekt əsaslı onlayn platforması, "Tokaz" MMC-nin elektrik avtomobilləri üçün şarj stansiyalarının idarə ediməsi üçün mobil tətbiqi və fiziki şəxs Bəhruz Qədirovun müəllif ideyalarını və layihələri investorlara təqdim etmək üçün onlayn platforması layihələri üçün təqdim edilib.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
3 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
23 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























