Türkiyədə işsizlik son 12,5 ilin ən aşağı səviyyəsinə düşüb
Türkiyədə işsizlik səviyyəsi fevral ayında 8,2 faizə düşüb. Yanvarda işsizlik 8,4 faiz təşkil etmişdi. TÜİK-in məlumatına görə, işsizlik 2012-ci ilin iyul ayından bəri ən aşağı səviyyəyə düşüb.Türkiyə Statistika Təşkilatı (TÜİK) fevral ayı üzrə işçi qüvvəsi statistikalarını açıqlayıb.
Marja xəbər verir ki, ölkədə mövsümi amillər xaric işsizlik səviyyəsi fevral ayında 8,2 faizə düşüb. Yanvarda işsizlik 8,4 faiz təşkil etmişdi. İşsizlik nisbəti kişilər üzrə 6,7 faiz, qadınlar üzrə isə 11 faiz təşkil edib.
İşsizlərin sayı 2025-ci ilin fevral ayında əvvəlki ayla müqayisədə 95 min nəfər azalaraq 2 milyon 886 min nəfərə geriləyib.
TÜİK-in məlumatına görə, işsizlik 2012-ci ilin iyul ayından bəri ən aşağı səviyyəyə düşüb.
Gənclər arasında işsizlik 15 faizdir
15-24 yaşlı gənclər arasında işsizlik səviyyəsi əvvəlki ayla müqayisədə 0,1 bənd artaraq 15 faizə çatıb. Bu yaş qrupunda işsizlik nisbəti; Kişilər üzrə 10,8 faiz, qadınlar üzrə isə 22,7 faiz olub.
Məşğulluq nisbəti 48,8 faizə düşüb
2025-ci ilin fevral ayında məşğul əhalinin sayı əvvəlki ayla müqayisədə 149 min nəfər azalaraq 32 milyon 314 min nəfərə, məşğulluq nisbəti isə 0,3 bənd azalaraq 48,8 faizə düşüb. Bu göstərici kişilərdə 66 faiz, qadınlarda isə 31,9 faiz təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 5 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























