Tramp: "Ukrayna ilə nadir torpaq elementləri müqaviləsi tezliklə imzalanacaq"
ABŞ prezidenti Donald Tramp Ukrayna ilə nadir torpaq elementləri müqaviləsini imzalamağa çox yaxın olduqlarını bildirib.ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi iclasda gündəmlə bağlı mətbuat mənsublarının suallarını cavablandırıb.
Marja xəbər verir ki, həm Rusiya, həm də Ukrayna ilə danışıqların çox müsbət keçdiyini qeyd edən Tramp, "Ukrayna ilə nadir torpaq elementləri ilə bağlı müqaviləni razılaşdırmışıq və bu müqaviləni tezliklə imzalayacağıq" deyib.
Ukrayna ilə danışıqlarının təfərrüatlarına varmayan Tramp, bəzi enerji istehsalı obyektlərinin ABŞ-ın mülkiyyətinə verilməsinin nəzərdə tutulduğunu qeyd edib.
"Hazırda biz Ukrayna ilə bölgələrdən, müvəqqəti sərhəd xətlərindən və elektrik stansiyalarının mülkiyyət hüququnun ABŞ-a verilməsindən danışırıq. Söhbət böyük atom elektrik stansiyasının bizim idarəetməmizə verilməsindən gedir. Biz hazırda Ukrayna tərəfi ilə bunları müzakirə edirik", - Tramp deyib.
ABŞ-ın atom elektrik stansiyalarının idarə olunmasında böyük təcrübəyə malik olduğunu qeyd edən Tramp, bu obyektlərin Amerikanın idarəedilməsinə veriləcəyi təqdirdə daha təhlükəsiz olacağını müdafiə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 5 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























