Yusif Cabbarov: “Rəqəmsal İpək Yolu” layihəsinin yeni mərhələsi Avropa və Asiyanı birləşdirəcək
Xəzər dənizinin dibi ilə 380 km uzunluğunda fiber-optik kabel xətti tikiləcək. Bu xətt 400 terabit/s-ə qədər yüksəksürətli internet bağlantısını təmin edəcək.NEQSOL Holding “Rəqəmsal İpək Yolu” (“Digital Silk Way”) layihəsinin mühüm hissəsi olan Transxəzər fiber-optik kabel xəttinin tikintisi üzrə tender proseslərinin uğurla başa çatdığı və tikintinin birinci mərhələsinin başlandığı haqqında məlumat verib.
Transxəzər kabel xətti layihəsi, NEQSOL Holding-in tərkibinə daxil olan Azərbaycanın magistral internet provayderi “AzerTelecom” şirkəti tərəfindən Qazaxıstanın milli telekommunikasiya operatoru “Kazakhtelecom” ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilir.
Bu strateji layihə Xəzər dənizinin dibi ilə 380 km uzunluğunda fiber-optik kabel xəttinin tikintisini nəzərdə tutur. Bu xətt Azərbaycanın Sumqayıt və Qazaxıstanın Aktau şəhərlərini birləşdirəcək, yüksəkhəcmli məlumatların ötürülməsini və 400 terabit/s-ə qədər yüksəksürətli internet bağlantısını təmin edəcək.
“Transxəzər kabel xətti “Rəqəmsal İpək Yolu” layihəsinin mühüm hissəsidir. Bu layihə Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Türkmənistan daxil olmaqla bir sıra ölkələrdən keçən rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasını nəzərdə tutur”, - NEQSOL Holding-in Baş Direktoru Yusif Cabbarov qeyd edib.
““Rəqəmsal İpək Yolu”nun infrastrukturu yüksəksürətli məlumat ötürmə imkanı sayəsində Avropa və Asiya arasında ən optimal və qısa marşrutun yaradılmasını təmin edəcək. Bu, regional əməkdaşlığın güclənməsinə və region ölkələrinin iqtisadi inkişafına töhfə verəcək. Bu layihəni həyata keçirən və bütün region üçün tarixi bir nailiyyətə imza atan komandamızla böyük qürur duyuram. Biz, həmçinin, Azərbaycan və Qazaxıstan dövlətlərinə bu layihənin həyata keçirilməsində göstərdikləri davamlı dəstəyə görə təşəkkürümüzü bildiririk”, – deyə Yusif Cabbarov əlavə edib.

Transxəzər kabel xəttinin tikintisi bir neçə mərhələdə həyata keçiriləcək. Bu mərhələlərə sahilyanı ərazilərin və dəniz dibinin qiymətləndirilməsi, yüksək keyfiyyətli və davamlı kabellərin layihələndirilməsi və istehsalı, onların daşınması və quraşdırılması daxildir. “AzerTelecom” və “Kazakhtelecom” şirkətləri tikinti işlərini 2026-cı ilin sonuna qədər yekunlaşdırmağı planlaşdırır.
NEQSOL Holding haqqında
NEQSOL Holding telekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalar sahələrində 11 ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur. Qrup dünyada 25 milyondan çox müştəriyə xidmət göstərir. Əlavə məlumat üçün: https://www.neqsolholding.com
AzerTelecom haqqında
“AzerTelecom” Azərbaycanın aparıcı telekommunikasiya şirkətidir, topdansatış operatoru səviyyəsində rabitə xidmətləri, eləcə də rəqəmsal və digər xidmətlər təqdim edir. “AzerTelecom” müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən NEQSOL Holding-in tərkibində olan “Azerconnect Group”a daxildir.
Kazakhtelecom haqqında
Kazakhtelecom Qazaxıstanın ən böyük telekommunikasiya şirkətidir və milli telekommunikasiya operatoru statusuna malikdir. Şirkət sabit telefon, genişzolaqlı internet, rəqəmsal televiziya, mobil rabitə və digər telekommunikasiya xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
2 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)
.jpg)





.jpg)








.jpg)



