"ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv etməyə hazırdır, ancaq Ukraynada nizamlanma əldə edilməlidir"
"Amerika Birləşmiş Ştatları Rusiyaya qarşı sanksiyaları ləğv etməyə hazırdır, ancaq Ukraynada nizamlanma əldə edildikdən sonra".
Marja xəbər verir ki, bunu ABŞ Prezidenti Donld Tramp bildirib.
Tramp deyib ki, ABŞ itirilmiş ərazilərin bir hissəsinin Ukraynaya qaytarılması ilə bağlı məsələni qaldırmağa çalışacaq, lakin buna nail olmaq çətin olacaq.
Tramp Putini çox ağıllı siyasətçi adlandırıb və Ukrayna ilə bağlı razılığın əldə olunacağına əmin olduğunu bildirib.
O, həmçinin qeyd edib ki, Ukraynadakı vəziyyəti həll etmək üçün Rusiya da güzəştə getməli olacaq.
Tramp qeyd edib ki, ABŞ-ın Ukraynadakı əsas məqsədi qan tökülməsinə son qoymaq, ikincisi isə rəsmi Kiyevə xərclənən vəsaiti geri qaytarmaqdır.
"ABŞ Ukraynaya hər hansı yeni təhlükəsizlik zəmanəti vermək niyyətində deyil, Avropa bununla məşğul olsun", -Tramp deyib.
Tramp bildirib ki, Zelenski fevralın 28-də Vaşinqtona gələcək və bu zaman Ukraynanın mineral resursları ilə bağlı saziş imzalanacaq.
Zelenski, onun ABŞ-a səfərinə hazırlıqların getdiyini təsdiqləyib.
Tramp qeyd edib ki, ABŞ mineral resurslar ilə müqaviləni imzalamaqla Ukraynaya ayrılan 350 milyard dolları geri almağı və gələcəkdə daha çox qazanc əldə etməyi gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
8 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 12 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























