Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən gün Almaniyada və Avrozonada statistik göstəricilərin dərc olunması fonunda dollar major valyutalar qarşısında bir qədər bahalaşıb.
Dünən 27 dekabr tarixindən bugünə ilk dəfə 1.05280 səviyyəsinə qədər bahalaşan EUR/USD valyuta cütlüyü, sonradan bir qədər ucuzlaşaraq 1.04740 səviyyəsində qərarlaşıb. GBP/USD cütlüyü isə 18 dekabr 2024-cü il tarxindən bugünə ilk dəfə 1.26900 həddinə qədər yüksəlib. “Güvənli liman” aləti kimi çıxış edən USD/JPY cütlüyü 148.850 həddindən 150.300 həddinə qədər korrekiv olaraq bahalaşıb.
Qızıl dünən tarixi maksimum həddini bir daha yenilədi. Dəyərli metal 2956$ səviyyəsinə qədər bahalaşdı. Lakin, həmin həddən ucuzlaşmağa başlayan qızılın dəyəri hazırda 2939$ təşkil edir. Ötən həftə ərzində 77.30$-dan 74.30$-a qədər kəskin şəkildə ucuzlaşan “Brent” markalı neftin qiyməti cari həftənin əvvəlində bahalaşmağa başlayıb. Hazırda “qara qızıl”-ın bir barrel üçün qiyməti 75$-dır. “Bitcoin” isə eniş tendensiyasını davam etdirərək 92000$ səviyyəsinin altına enib.
Avropa İttifaqının Statistika İdarəsi “Eurostat”-ın dünən təqdim etdiyi məlumatlara əsasən, yanvar ayında Avrozonada istehlak qiymətləri illik ifadədə 2.5% artıb. Dərc olunan göstərici analitiklərin proqnozları ilə üst-üstə düşüb. Aylıq ifadədə İstehlak Qiymətləri İndeksi (CPI) yanvar ayında 0.3% zəifləyib və illik göstərici kimi, ekspertlərin proqnozlarını təkrarlayıb. Yanvarda ərzaq və enerji xərcləri nəzərə alınmadan hesablanan istehlak qiymətlərinin artım tempi (CPI Core) əvvəlki ay ilə müqayisədə illik ifadədə 2.7% təşkil edib, aylıq ifadədə isə göstərici 0.9% azalıb.
Həmçinin, “IFO” tədqiqat institutunun hesabatına əsasən, Almaniyada Biznes Mühiti İndeksi yanvar ayında olduğu kimi fevral ayında da 85.2 bənd səviyyəsində açıqlanıb. Bundan əlavə, Almaniyanın Cari Qiymətləndirilməsi İndeksinin 86 bənddən 86.5 bəndədək yüksələcəyi proqnoz olunsa da, göstərici 85 bəndədək geriləyib. Almaniyada Biznes Gözləntiləri İndeksi isə 84.3 bənddən 85.4 bəndədək yüksəlib.
Bugün Bakı vaxtı ilə saat 11:00-da Almaniyada açıqlanacaq ÜDM göstəriciləri investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdən biridir. Həmçinin, ABŞ-da “Conference Board” analitik şirkəti tərəfindən dərc olunacaq İstehlakçıların İnam İndeksi göstəricisi də bazar iştirakçılarının marağına səbəb olacaq.
Məlumat İnvest-AZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 20 d. əvvəl
-
-
29 d. əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 48 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Müasir marketinq: səs-küydən mənaya doğru
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər






















