Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən həftənin çərşənbə günü ABŞ prezidenti Donald Trampın Rusiya-Ukraina münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər fonunda dolları üzərində təzyiqlər artmaqda davam edib. Ağ Ev rəhbərinin yaxın qonşulara qarşı tariflərin artırılması fikrinin üzərində sərt şəkildə qalması qızıla “Güvənli liman” maliyyə aləti kimi tələbin artması ilə nəticlələnir. Keçən həftənin əvvəlində öz mövqelərini bir qədər bərpa edən dollar, ticarət həftəsinin ikinci yarısında major valyutalar qarşısında kəskin şəkildə ucuzlaşmağa başladı. EUR/USD və GBP/USD valyuta cütlükləri ötən həftə müvafiq olaraq 1.04000 və 1.25620 səviyyələrinə qədər ucuzlaşdıqdan sonar yüksəlməyə başladılar və bugün artıq 1.05280 və 1.26900 səviyyələrinə qədər bahalaşıblar. USD/JPY cütlüyü eniş tendensiyasını davam etdirib. Məzənnə ötən həftəni 152.380 həddində başlasa da, 148.840 həddinə qədər ucuzlaşıb.
Bu həftə investorların diqqət mərkəzində ABŞ-da çərşənbə axşamı günü “Conference Board” analitik şirkəti tərəfindən açıqlanacaq İstehlakçıların İnam İndeksi və cümə axşamı günü dərc olunacaq ÜDM göstəriciləri olacaq. Həmçinin, bazar ertəsi günü Avrozonada inflyasiyaya dair açıqlanacaq məlumatlar bazar iştirakçılarının marağına səbəb olacaq.
Cari həftə Türkiyə Cümhuriyyətində, Kanadada və İsveçrədə açıqlanacaq ÜDM göstəriciləri və Yaponiyada dərc olunacaq İstehlak Qiymətləri Baza İndeksi (CPI) və Sənaye Sektorunda İstehsal Həcmi birjaların diqqət mərkəzində olacaq.
Bu həftə ərzində, həmçinin, Avropa Mərkəzi Bankının (ECB) monetar siyasəti ilə bağlı toplantısının protokolları dərc olunacaq. Həmçinin, Almaniyada İstehlak Qiymətləri İndeksi (CPI), ÜDM, Almaniya Biznes Gözləntiləri İndeksi, Almaniyanın Cari Qiymətləndirilməsi İndeksi, "IFO" biznes mühiti indeksi, "GFK" İstehlakçı İnamı İndeksi və İşsizlik Səviyyəsi kimi önəmli isqtisadi göstəricilər dərc olunacaq.
EUR
Ötən həftə ərzində 1.04000 səviyyəsinə qədər geriləyən EURUSD məzənnəsi həftənin sonuna doğru yüksəlməyə başladı və cari həftəyə artımla start verdi. Hazırda valyuta cütlüyü 1.0508 səviyyələrində ticarət olunur.
Cari həftə ərzində Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi (CPI) və ÜDM göstəriciləri avronun dünya birjalarındakı qiymətlərinə yön verə biləcək əsas xəbərlərdir.
GBP
Keçən həftəni 1.26$ həddində tamalayan GBPUSD valyuta cütlüyü hazırda 1.26670 səviyyəsində ticarət olunur. “Buğalar” qiyməti 1.27$ həddinin üzərinə yüksəldə və burada saxlaya bilsələr, funt-sterlinq də artım tendensiyası hakim ola və 1.29$-a kimi davam edə bilər.
XAU/USD
Qızıl ötən həftə 2954$-a kimi yüksələrək tarixi maksimum səviyyəsini növbəti dəfə yenilədi. Lakin, dəyərli metal sonradan geriləyərək 2932$ səviyyəsində tamamladı.
Hazırda, 2940$ həddində ticarət olunan “sarı metal”, həm Yaxın Şərqdə vəziyyətin hələ də qeyri-sabit qalması, həm də Donald Trampın siyasətinin həm qlobal iqtisadi, həm də geosiyasi riskləri artıra biləcəyinə dair qorxular fonunda “güvənli liman” maliyyə aləti kimi çıxış etməkdə davam edir. Bu qızılın gələcəkdə kəskin bahalaşmasına dəstək ola bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 20 d. əvvəl
-
-
29 d. əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 48 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Müasir marketinq: səs-küydən mənaya doğru
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər



















