Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən doğulan körpə sayı azalır
2024-cü ildə Azərbaycanda 102 min 310 doğulan körpə, 58 min 909 ölüm halı qeydə alınıb. Ölkə əhalisinin sayı 44 min 119 nəfər və ya 0,4 faiz artaraq 2025-ci il yanvar ayının 1-i vəziyyətinə 10 milyon 224 min 889 nəfərə çatıb.2024-cü ildə ölkə əhalisinin sayı 44 min 119 nəfər və ya 0,4 faiz artaraq 2025-ci il yanvar ayının 1-i vəziyyətinə 10 milyon 224 min 889 nəfərə çatmışdır. Əhalinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Marja.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu ilin əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 23,0 faizi Bakı şəhərində, 9,2 faizi LənkəranAstara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran, 6,6 faizi Qazax-Tovuz, 6,1 faizi Şəki-Zaqatala, 5,9 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,2 faizi MilMuğan, 4,9 faizi Şirvan-Salyan, 3,1 faizi Dağlıq Şirvan, 3,0 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşamışdır.
Ölkə üzrə bir kvadrat kilometrə düşən əhalinin sayı 118 nəfər olmuşdur.
2024-cü ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 102 min 310 doğulan körpə qeydə alınmış və 2023- cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 10,0-a düşmüşdür. Doğulan körpələrin 53,0 faizi oğlan uşaqları, 47,0 faizi isə qız uşaqları olmuşdur. Körpələrdən 3386-sı əkiz, 117-si üçəm, 4-ü isə dördəm doğulmuşdur.
Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Dağlıq Şirvan (12,6), Lənkəran-Astara (11,9), Qarabağ və Şərqi Zəngəzur (11,8), Quba-Xaçmaz və Mil-Muğan (11,5), Mərkəzi Aran (11,4), Şirvan-Salyan (11,2), Qazax-Tovuz (11,0) iqtisadi rayonlarında ölkə göstəricisindən (10,0) yüksək olmuşdur.
Ötən il ölkədə 58 min 909 ölüm halı qeydə alınmış və 2023-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 5,9-dan 5,8-ə düşmüşdür. Ölənlərin 2519 nəfəri (4,3 faizi) 0-17 yaşda, 5880 nəfəri (10,0 faizi) 18-49 yaşda, 14693 nəfəri (24,9 faizi) 50-64 yaşda, 35817 nəfəri (60,8 faizi) isə 65 və yuxarı yaşda olmuşdur.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü il ərzində ölkədə 49 min 508 nikaha daxilolma və 21 min 384 boşanma halları qeydə alınmış və 2023-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşmüş, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
12 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 16 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























