"Azərbaycanın yetkin əhalisinin 70 %-nin artıq bank hesabı var"
Maliyyə inklüzivliyi Azərbaycan da daxil olmaqla inkişaf etməkdə olan iqtisadiyyatlarda əsas qlobal mövzulardan biri olaraq qalır.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Ər-Riyadda keçirilən "İnkişaf etməkdə olan bazar iqtisadiyyatları üçün Əl-Ula" adlı konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanın yetkin əhalisinin 70 %-nin artıq bank hesabı var ki, bu da qısa müddətdə mühüm nailiyyətdir. Lakin AMB-nin xüsusilə monetar siyasət və maliyyə sabitliyi sahəsində üzləşdiyi çağırışlar qalmaqdadır.
"Bank aktivlərinin Ümumi Daxili Məhsula (ÜDM) nisbəti 42 % təşkil edir ki, bu da iqtisadiyyatın bank sektoru ilə kifayət qədər əhatə olunmadığını, lakin böyük artım potensialının olduğunu göstərir. Bu gün banklar ölkədəki bütün maliyyə aktivlərinin təxminən 95 %-nə nəzarət edir. Digər problem dövriyyədə olan nağd pul vəsaitlərinin yüksək səviyyədə olmasıdır: M0 göstəricisi M2-nin (geniş mənada pul kütləsi) 43 %-ni təşkil edir", - AMB sədri qeyd edib.
O vurğulayıb ki, Mərkəzi Bank maliyyə inklüzivliyini artırmaq üçün tənzimləmə və infrastrukturun təkmilləşdirilməsinə diqqət yetirir.
"Biz yerli ani ödəniş sistemini və açıq bank xidmətini tətbiq etmişik. AMB bank sektoru, sığorta bazarı, kapital bazarı, ödəniş sistemləri və fintexin tənzimlənməsinə cavabdehdir. Bu geniş mandat bizə bank və sığorta xidmətlərinə, kapital bazarına və fintex həllərinə çıxışı təmin edərək açıq maliyyə infrastrukturunu inkişaf etdirməyə imkan verir. Bu il biz xüsusilə fintex startapları üçün maliyyə xidmətlərinə çıxışı asanlaşdıracaq eKYC sisteminin tətbiqinə başlamışıq", - T.Kazımov bildirib.
Onun sözlərinə görə, tələb baxımından AMB təhsil proqramları həyata keçirərək maliyyə savadlılığının artırılması istiqamətində fəal iş aparır.
"Artıq səkkiz ildir ki, manatın məzənnəsi sabit qalmaqla 1 ABŞ dolları üçün 1,7 manat təşkil edir. Ənənəvi olaraq belə şəraitdə faiz dərəcələri səmərəsiz alət hesab edilsə də, təcrübəmiz bunun əksini göstərir. Biz 2022-ci ilin sentyabrında pul bazarı və risksiz dövlət istiqrazları üzrə gəlirlilik əyrisi yaradaraq yenilənmiş monetar siyasətə start verdik. Nəticədə 2024-cü ildə fiziki şəxslərin müddətli əmanətlərinin həcmi 43 % artıb. Bu, banklar arasında rəqabətin güclənməsi sayəsində mümkün olub", - AMB sədri vurğulayıb.
T.Kazımov qeyd edib ki, AMB-nin mandatı makroiqtisadi sabitliklə yanaşı, maliyyə sabitliyini, o cümlədən maliyyə sektorunun tənzimlənməsi və nəzarətini əhatə edir.
"Biz bədbəxt hadisələrdən icbari sığorta sistemini yeniləyərək, rəqəmsal kanallar vasitəsilə avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası daxil olmaqla ayrı-ayrı kateqoriyalarda 100 %-lik əhatə dairəsinə nail olmuşuq. Bu il daşınmaz əmlakın fəlakət risklərindən icbari sığortası üçün bənzər sistem tətbiq etməyi planlaşdırırıq", - o bildirib.
Ötən ilin sentyabrında kapital bazarında dövlət kommersiya bankının tarixdə ilk IPO-su (İlkin Kütləvi Təklif) baş tutub ki, bu da fərdi investorların sayının 40 dəfə artmasına səbəb olub.
"Artım aşağı bazadan başlasa da, bu, nağd pul (M0) da daxil olmaqla əhəmiyyətli dərəcədə yeni vəsaitlər cəlb edib. Diqqətəlayiq haldır ki, IPO-ya abunə yazılışlarının 98 %-i rəqəmsal kanallar vasitəsilə həyata keçirilib və bu gün təkrar bazarda əqdlərin 99,9 %-i rəqəmsal formatda baş tutur. Bu, Azərbaycanda maliyyə inklüzivliyi sahəsində əldə edilmiş uğurların yalnız bir hissəsidir", - T.Kazımov sonda əlavə edib.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)










.jpg)








