Azərbaycanın Ukraynaya yardımlarının ümumi məbləği 40 milyon dolları keçib
Azərbaycan Respublikasının Ukraynaya humanitar yardımının növbəti hissəsi yola salınıb.
Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Ukraynaya elektrik avadanlıqlarından ibarət humanitar yardımın ikinci hissəsi 12 fevral 2025-ci il tarixində Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 fevral 2025-ci il tarixli Sərəncamına əsasən, sözügedən yardımın təşkili məqsədilə bir milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb və yardımın birinci hissəsi 7 fevral 2025-ci il tarixində göndərilib.
Adıçəkilən Sərəncam çərçivəsində iki hissədə göndərilmiş humanitar yükə ümumilikdə 52 min metrdən çox elektrik kabeli və naqil, habelə 17 ədəd transformator daxildir.
Ukrayna tərəfindən daxil olmuş müraciətə əsasən, qeyd edilən avadanlıqlar müharibədən zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası üçün nəzərdə tutulur.
Xatırladaq ki, mövcud vəziyyətlə əlaqədar Azərbaycan tərəfindən Ukraynaya göstərilmiş yenidənqurma və humanitar məqsədli yardımların ümumi məbləği 40 milyon ABŞ dollarını keçib. Bu günədək elektrik avadanlıqları qismində 134 ədəd transformator və komplekt transformator məntəqəsi, 70-ə yaxın generator, habelə təxminən 3.4 milyon metr elektrik kabeli və naqil humanitar yardım kimi Ukraynaya yola salınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
14 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 18 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb





















