Mərkəzi Bank özəl banka icrası məcburi sərəncamın verib
Mərkəzi Bank “AFB Bank” ASC-yə icrası məcburi sərəncamın verilməsi barədə məlumat yayıb.
Məlumata görə, “AFB Bank” ASC tərəfindən “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”nin (Əsasnamə) 7.5-ci bəndinin tələblərinə zidd olaraq valyuta mübadiləsi əməliyyatlarına dair məlumatların təyinatı üzrə valyuta nəzarətinin həyata keçirilməsi məqsədilə formalaşdırılmış informasiya sisteminə düzgün təqdim edilməməsi halı müəyyən olunub. Mərkəzi Bank tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 47.4-cü maddəsinin tələbləri rəhbər tutularaq “AFB Bank” ASC-yə gələcəkdə müvafiq pozuntulara yol verilməməsi üçün vahid informasiya sisteminin iştirakçılarının Əsasnamə ilə müəyyən edilmiş vəzifələrinin icrasına nəzarətin gücləndirilməsi ilə bağlı icrası məcburi sərəncam verilmişdir.
Qeyd edək ki, Yanvar ayında Mərkəzi bank "PAŞA Bank” ASC-nin və "Yapı Kredi Bank Azərbaycan” QSC-nin vəzifəli şəxslərinin inzibati məsuliyyətə cəlb edib, “Azər-Türk Bank” ASC-yə, "Turanbank” ASC-yə, “Accessbank” QSC-yə, “Yelo Bank” ASC-yə “Unibank” KB ASC-yə və “Rabitə Bank” ASC-yə icrası məcburi sərəncamlar verib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
9 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























