Ölkəmizdə ilk dəfə keçiriləcək Qadın Liderləri Zirvəsinin spikerləri bəlli oldu!
“Facemark” və “İNCİ - İşgüzar xanımların ünsiyyət klubu”nun birgə təşkilatçılığı ilə 4 mart 2025-ci ildə Gülüstan Sarayında Qadın Liderləri Zirvəsi keçiriləcək.
Tədbir “Fərqlərin Bərabərliyi” konsept mesajı ilə 500-ə yaxın mütəxəssisləri, liderləri və fikir öndərlərini bir araya gətirəcək. Bütöv günü əhatə edəcək tədbir zamanı iştirakçılar fərqli sahələrdən olan qadınların panel mövzuları üzrə çıxışılarını dinləyəcək, onların təcrübələrindən öyrənəcək və liderlikdə bərabərliyin, həmçinin fərdlərin deyil, fərqlərin bərabərliyinə vurğu edəcəklər.
“Qadın Liderləri Zirvəsi”ndə müxtəlif sahələrdən olan ekspertlər liderlik, innovasiya və rəqəmsal transformasiya mövzularını müzakirə edəcəklər. “Lider qadın, yoxsa qadın lider?”, “İnnovasiya və strateji yanaşmalar” və “Rəqəmsal trendlər dövründə qadınlar” panellərində peşəkar moderator və spikerlər müxtəlifliyin gücünü ön plana çəkərək, fərqli təcrübə və bacarıqların bir-birini necə tamamladığını nümayiş etdirəcəklər.
Tədbirin açılış paneli olan “Lider qadın, yoxsa qadın lider?” mövzusunda Kapital Bank ASC-nin İdarə Heyətinin üzvü Fərqanə Məmmədova moderatorluq edəcək. Paneldə Aynur Süleymanlı (“ABB”nin Baş direktoru), Gülzar Quliyeva (“GDG Professionals” şirkətinin təsisçisi) və Nigar Baimova (“Ders Evi” İnnovativ təhsil mərkəzinin Baş direktoru) çıxış edəcəklər.
“İnnovasiya və strateji yanaşmalar” panelinə isə “PAŞA Kapital” İnvestisiya Şirkətinin Marketinq direktoru Gülşən Cumayeva moderatorluq edəcək. Paneldə Natəvan Məmmədova (İslam Ticarət və İnkişaf Palatasının (ICCD) Qadınların İqtisadi Gücləndirilməsi üzrə rəhbəri), Mehriban Nəzərova (“PAŞA Real Estate”in Təşkilati İnkişaf direktoru), Günay Cəlilova (“Yelo Bank”ın İdarə Heyəti sədrinin müavini), Tuğra Musayeva (“PAŞA Holdinq”in İnnovasiyalar şöbəsinin müdiri) və Aysel Gülməmmədova (“Baku Design Acdemy”nin təsisçisi) öz təcrübələrini bölüşəcəklər.
Son panel olan “Rəqəmsal trendlər dövründə qadınlar” isə “FutureBright” şirkətinin Azərbaycan üzrə Ölkə direktoru Könül Əliyevanın moderatorluğu ilə keçiriləcək. Paneldə Gülbəniz Qənbərova (Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri), Elnarə Nəhmədova (“Beauttech” gözəllik salonları şəbəkəsinin təsisçisi), Nigar Ələsgərova (“INSUN” mərkəzinin təsisçisi) və Aynur Xəlilova (“Dably Baku”nun təsisçisi) çıxış edəcəklər.
Qeyd edək ki, yazıçı, publisist Aqşin Yenisey və “Azprint” şirkətinin təsisçisi Səidə Qasımova məruzəçi qismində çıxış edəcəklər.
Zirvə zamanı qadın liderlərin uğur hekayələri, innovativ yanaşmalar və rəqəmsal dünyada qadınların rolu ətrafında geniş müzakirələr aparılacaq. Tədbir iştirakçıları müxtəlif sahələrdə çalışan peşəkarların fikirlərindən ilhamlanaraq yeni imkanlar, təcrübələr qazana biləcəklər.
Tədbir haqqında daha ətraflı məlumat almaq və iştirak üçün zirvənin rəsmi veb səhifəsinə (www.qlz.az) və sosial media hesablarına keçid edə bilərsiniz.
https://www.instagram.com/qadinliderlerizirvesi
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
ABB İnvest-dən USD ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları artıq ABB mobile tətbiqində
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 16 saat sonra
-
36 d. əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 2 saat əvvəl
-
4 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
-
4 saat əvvəl
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
SOCAR Türkiyədə elektrik stansiyası satın alımasının səbəbini açıqlayıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Ən çox oxunanlar
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Saloğlu Qarabağ” şirkətinin istehsal müəssisəsinin təməli qoyuldu




















