Çinin xidmətlər üzrə xarici ticarət həcmi ilk dəfə 1 trilyon dolları keçib
Çinin xidmətlər üzrə ümumi xarici ticarət həcmi 2024-cü ildə ilk dəfə olaraq 1 trilyon ABŞ dollarını keçib və bu, gələcək artım üçün əhəmiyyətli potensial nümayiş etdirir.
Sinxua agentliyi xəbər verir ki, Çin Ticarət Nazirliyinin son məlumatlarına görə, 2024-cü ildə bu ölkənin xidmət idxalı və ixracının həcmi illik müqayisədə 14,4 faiz artaraq təxminən 1,05 trilyon dollara çatıb. O cümlədən, ixracın həcmi 18,2 faiz, idxal isə 11,8 faiz artıb.
Çin Ticarət Nazirliyi yanında Beynəlxalq Ticarət və İqtisadi Əməkdaşlıq Akademiyasının direktoru Li Yunun sözlərinə görə, 2024-cü ildə Çinin xidmət ticarətinin miqyası artıb, onun strukturu optimallaşıb, beynəlxalq rəqabət qabiliyyəti yüksəlib. rəqəmsallaşma, ağıllı texnologiya və yaşıl inkişafın qlobal tendensiyaları sayəsində daha da təkmilləşib. O qeyd edib ki, vizasız tranzit siyasətinin hərtərəfli yumşaldılması və optimallaşdırılması son bir ildə ölkəyə turist axınını gücləndirib.
Yeni siyasət sosial mediada “Çinə səyahət” həştəqinin populyarlığının artmasına səbəb olub və bir çox səyahətçi Çinlə bağlı təcrübələrini paylaşıb. Ölkənin görməli yerləri, təbiəti və şəhər gəzintiləri getdikcə daha çox xarici turisti cəlb edir.
Li Yun əlavə edib ki, Çinin rəqəmsal mədəniyyət platformaları və məzmunu xaricdə əhəmiyyətli dərəcədə populyarlıq qazanır. O, “Black Myth: Wukong” adlı videooyunun populyarlığını, “Netflix” və yutub kimi xarici yayım platformalarında keyfiyyətli Çin filmlərinin və seriallarının çoxalmasını, çinli yazıçıların onlayn ədəbiyyatının beynəlxalq oxucular arasında populyar olmasını misal göstərib.
Çin hökuməti ötən ilin avqustunda yüksəksəviyyəli açılış vasitəsilə xidmət ticarətinin yüksək keyfiyyətli inkişafını təşviq etmək üçün təlimatlar verib. Li Yun bildirib ki, sənəd Çinin xidmət ticarətinin inkişafı üçün güclü siyasət dəstəyi təklif edir, sektorda açıqlığı, innovasiyaları və beynəlxalq əməkdaşlığı təşviq etmək üzrə daha çox səy göstərməyə çağırır.
Akademiyanın direktoru vurğulayıb ki, rəqəmsal ticarət və xidmətlər ticarətində ikitərəfli, çoxtərəfli və regional əməkdaşlığı genişləndirmək, əsas sərgi məkanlarının rolundan istifadəyə davam etmək və xidmət ticarətində beynəlxalq əməkdaşlıq parklarının inkişafına nail olmaq lazımdır.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
16 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 20 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























