Azərbaycanda törəməsi olan Türkiyə bankı maliyyə nəticələrini açıqlayıb
Azərbaycanda da törəmə bankı olan "Yapı Kredi Bankası" 2024-cü il üzrə maliyyə nəticələrini açıqlayıb.
Marja xəbər verir ki, Bank ötən ili 29 milyard Türkiyə Lirəsi (TL) (cari məzənnə ilə 1 milyard 375 milyon manat) xalis mənfəətlə başa vursa da, bu rəqəm bir əvvəlki ilə nisbətən 57 faiz azalıb. Bununla belə, ilin son rübündə xalis mənfəət rüblük müqayisədə 32 faiz artaraq 6,6 milyard TL-yə çatıb.
Bankın kapitalının gəlirliliyi (ROE) 16 faiz təşkil edib.
Kreditlərin həcmi 41 faiz artıb
"Yapı Kredi Bankası"nın kredit protfeli 2024-cü ildə 41 faiz artıb. TL kreditlər 31 faiz, xarici valyutada olan kreditlər isə 32 faiz artıb. Kommersiya və korporativ kreditlərdə artım 38 faiz olduğu halda, fərdi kreditlər 20 faiz artıb.
Depozitlər üzrə ümumi artım 39 faiz təşkil edib. TL əmanətləri dollar ifadəsində 27%, valyuta depozitlər isə dollar ifadəsində 2% artıb.
Komissiya gəlirləri 77,7 milyard lirəyə yüksəlib
Bankın xalis faiz gəliri illik müqayisədə 41 artarkən, xalis komissiya gəlirləri isə 123 faiz artaraq 77,7 milyard TL-yə yüksəlib.
Əməliyyat xərclərində 66 faiz artım qeydə alınıb və ümumi xərclər 81,2 milyard TL-yə çatıb. Bank xərclərin artmasına inflyasiya və işçi xərclərinin artmasının təsir göstərdiyini bildirib.
Qeyd edək ki, "Yapı Kredi Bank Azərbaycan" QSC Türkiyənin "Yapı Kredi Bankası"na məxsusdur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
7 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib

























