ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi koronavirusun səbəbilə bağlı fikirini dəyişib
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) koronavirusun səbəbi ilə bağlı fikirini dəyişib və indi laboratoriya sızmasını daha çox ehtimal olunan versiya hesab edir.
Marja.az xəbər verir ki, bu barədə Bloomberg xəbər verir.
CIA əvvəllər COVID-19-un yaranması üzrə iki ssenariyə malik idi: virus ya təbii mənbədən, ya da laboratoriyadan sızma nəticəsində ortaya çıxa bilərdi. İndi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi pandemiyanın "çox güman ki" Çinin Uhan (Wuhan) şəhərindəki bir laboratoriyadan sızma nəticəsində baş verdiyinə inanır.
CIA sözçüsü açıqlamasında bildirib ki, İdarə koronavirusun mənşəyinin təbii mənşəli olması ehtimalına daha az inanr.
ABŞ-ın digər qurumları infeksiyaya heyvanla təbii təmas səbəb olduğunu bildirmişdilər.
CIA-nın mövqeyində dəyişiklik Con Ratkliffin rəhbər vəzifəsinə təyin olunmasından sonra məlum olub. Yanvarın 24-də vəzifəyə gəldikdən sonra o, COVID-19-un mənşəyinin qiymətləndirilməsinin onun “ilk işi” olacağını açıqlamışdı.
Koronavirus epidemiyası 2019-cu ilin dekabrında Çinin Uhan əyalətində başlayıb. Tədricən virus dünyanın bir çox ölkəsinə yayılıb, 2020-ci ilin martında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) baş verənləri pandemiya elan edib.
Çin virusun süni şəkildə yaradılması və onun sızması versiyasını dəfələrlə təkzib edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
14 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 18 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























