Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Bazar ertəsi Amerikada və Avropada PMI göstəricilərin dərc olunması fonunda beynəlxalq birjalarda volatilliyin artığının şahidi oluruq. Belə ki, EUR/USD valyuta cütlüyü ötən günün əvvəlində 1.0300 səviyyəsində ticarət olunsa da, ilk öncə 1.0436 səviyyəsinə qədər kəskin şəkildə yüksəldi, sonra isə 1.0376 səviyyəsinə qədər ucuzlaşdı. Eyni dövr ərzində GBP/USD cütlüyü isə 1.2410 həddindən 1.2550 həddinə qədər bahalaşıb.
Həmçinin, USD/JPY cütlüyü 156.220 həddinə qədər ucuzlaşdıqdan sonra kəskin bahalaşdı və bugün səhər 158.420 həddini test etdi. Qızılın qiyməti isə 2630$ səviyyəsinin üzərində qalmaqda davam edir. Dəyərli metal ötən həftə 2665$-a ticarət olunurdu, lakin, hal-hazırda qiyməti 2638$ civarında qərarlaşıb.
Yaxın Şərqdəki fiziki bazarın “yaxşı” vəziyyəti olması səbəbi ilə dünya bazarında neftin qiymətləri qalxıb. Verilən məlumatlara görə, Səudiyyə Ərəbistanı Asiya ölkələrinə tədarük üçün son üç ayda ilk dəfə olaraq neftin qiymətini artırmaq niyyətindədir. Şimal-Qərbi Avropa və Aralıq dənizi ölkələri üçün gələn aydan etibarən Səudiyyə neftinin qiyməti bir barrel üçün 1.3$ artacaq. Bu xəbərlərin fonunda “Brent” markalı neftin qiyməti dünən 77.8$-a qədər bahalaşandan sonra, ucuzlaşmağa başlayıb və hazırda 76.6$ səviyyəsində ticarət olunur.
ABŞ-ın Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi 56.1 bənd səviyyəsindən 56.8 bənd səviyyəsinə qədər yüksəlib, lakin, analitiklərin 58.5 bəndlik proqnozunun altında qalıb. Eləcə də, xidmət sektorunda PMI Yaponiyada 50.5 bənddən 50.9 bəndədək, Almaniyada 49.3 bənddən 51.2 bəndədək, Avrozonada 49.5 bənddən 51.6 bəndədək və Böyük Britaniyada 50.8 bənddən 51.1 bəndədək yüksəlib.
Almaniyanın illik inflyasiya səviyyəsi, ilkin hesablamalara görə, 2024-cü ilin noyabr ayı ilə müqayisədə dekabr ayında 2.2%-dən 2.6%-ə qədər yüksəlib. Göstərici analitiklərin 2.4%-lik proqnozunu üstələyərək ardıcıl üçüncü aydır ki, artıb. Aylıq ifadədə istehlak qiymətləri 0.4% bahalaşıb. Həmçinin, ABŞ-da Sənaye Sektorunda Sifarişlərin Həcmi oktyabr ayı ilə müqayisədə noyabr ayında 0.4% azalıb.
Bugün investorların diqqət mərkəzindəki əsas hadisə Avrozonada inflyasiyaya dair məlumatların dərc olunması olacaq. Belə ki, ekspertlər qiymətlərin illik ifadədə dekabr ayında 2.4% artdığını ehtimal edirlər. Əlavə olaraq, Avrozonada dərc olunacaq İşsizlik Səviyyəsi və ABŞ-da açıqlanacaq Ticarət Saldosu göstəriciləri bazar iştirakçılarının maraqla gözlədikləri xəbərlərdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
8 d. əvvəl
AMB ödəniş kartlarının təhlükəsizliyinə dair məcburi standartlar tətbiq edəcək
-
-
40 d. əvvəl
“BQ” ASC-nin səhmləri abunə yazılışı üsulu ilə yerləşdiriləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Capital Partners”in gəlirləri 78%, xalis mənfəəti 15% artıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Gülşən Cumayeva: “PAŞA Kapital” 2026-cı ildə prioritet layihələri davam etdirəcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“BQ” ASC-nin səhmləri abunə yazılışı üsulu ilə yerləşdiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bəzi ərazilərə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
Ən çox oxunanlar
XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
İnvestisiya Portalında 147 biznes layihəsi investor gözləyir
“PAŞA Kapital”, investisiya şirkətlərinin ümumi ticarət dövriyyəsinin 42%-dən çoxunu formalaşdırıb
Bu il Sərsəng Su Anbarının yenidən qurulmasına başlanılacaq


















.jpg)





