10 ildən sonra Tesla-nın elektromobil satışında bir ilk
Tesla-nın elektrikli avtomobil satışları 10 ildən çox müddətdə ilk dəfə 2024-cü ildə azalıb.Tesla-nın satışları 2024-cü ildə bir qədər azalıb ki, bu da şirkətin tarixində ilk illik azalma olub, çünki Çin, Avropa və ABŞ-dakı rəqiblər onlarla rəqabət aparan elektrik modelləri təqdim ediblər və bu da alıcılara daha çox seçim imkanı verib.
Şirkət cümə axşamı bildirib ki, il ərzində dünya üzrə 1 milyon 789 min 226 ədəd elektromobil tədarük edib ki (satış), bu da 2023-cü ildəki 1 milyon 808 min 581 ədəddən 1,1% azalma deməkdir. 2024-cü ilin son üç ayı ərzində Tesla 495 min 570 ədəd elektromobil satıb ki, bu da 2023-cü ilin son rübündəki 484 min 507 ədəddən 2,3% çoxdur, lakin analitiklərin 512 min 277 ədəddlik satış proqnozundan aşağıdır. Tesla-nın qlobal avtomobil satışları son rübdə 0% maliyyələşdirmə, endirimlər sayəsində artıb. Lakin bu, milyarder Maskın ən dəyərli holdinqinin 2024-cü ilə qədər ləng başlanğıcı aradan qaldırmaq üçün kifayət etməyib.
Şirkətə görə, dördüncü rübdə satışlar Tesla üçün yaxşısı səviyyədə olub, lakin ilin əvvəlində ləng satışları kompensasiya etmək üçün kifayət etməyib.
Son aylarda bahalaşan Tesla səhmləri cümə axşamı günorta ticarətində 7 faiz ucuzlaşıb.
XXX
ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla-nın illik avtomobil satışları dördüncü rübdə rekord tədarüklərə baxmayaraq azalıb.
Marja.az xəbər verir ki, dünyanın ən varlı adamı İlon Maskın rəhbərlik etdiyi şirkət cümə axşamı elan edib ki, keçən il 1,79 milyon ədəd avtomobil satıb. Bu, 2023-cü ildə satılmış 1,81 milyon ədədən və analitiklərin proqnozlarından da aşağıdır.
31 dekabrda başa çatan rübdə 495 min 570 avtomobil təhvil verilib; Analitiklərin proqnozlaşdırdığı 512 min 277 sayına çatmaq mümkün olmayıb.
Teslanın səhmləri son aylarda özünü idarə edən avtomobillər haqqında həyəcan və Maskın seçilmiş prezident Donald Trampla yaxınlığı sayəsində bahalaşsa da, nəticələr elektrikli avtomobil istehsalçıları üçün çətinliklərə işarə edir. İstehlakçı tələbinin zəif olması elektrik avtomobil satışlarına təsir edir və bu vəziyyətin daha da pisləşə biləcəyi bildirilir.
Tesla, ilin əvvəlində Berlindəki zavodunda baş vermiş yanğın və elektromobil satışlarının sənaye miqyasında yavaşlaması da daxil olmaqla bir sıra uğursuzluqlarla üzləşib. Aprel ayında Ostində yerləşən avtomobil istehsalçısı satış işçiləri də daxil olmaqla işçi qüvvəsinin 10 faizindən çoxunu ixtisar edib.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 7 saat sonra
- 39 d. əvvəl
-
- 49 d. əvvəl
- 56 d. əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
-
11 saat əvvəl
Birbank müştəriləri üçün “Səyahət marafonu” kampaniyasına start verib
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Ən çox oxunanlar
14 bank xalis mənfəət açıqladı - SİYAHI
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vurub
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb






.jpg)








.jpg)



