Ovçular cəmiyyətlərinin təsərrüfatların təşkili və idarə edilməsi üzrə yeni vəzifələri müəyyən edilib
Ovçular cəmiyyətlərinin ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili və idarə edilməsində vəzifələri müəyyən edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasında ovçuluqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 147 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Qərar imzalayıb.
Qərara əsasən, “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə uyğun olaraq ovçular cəmiyyətlərinin ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili və idarə edilməsində vəzifələri aşağıdakılardır:
- ovçuluq təsərrüfatlarının mühafizəsi və istifadəsi üzrə müəyyən olunmuş qaydalara əməl etmək;
- vəhşi heyvanların sayca artması və ov obyektinə aid edilmiş vəhşi heyvanların təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılması üçün şərait yaradılmasına, onların yaşayış mühitinin qorunmasına və yaxşılaşmasına yönəldilən tədbirlər həyata keçirmək;
- ovçuluq təsərrüfatlarında vəhşi heyvanların ayrı-ayrı növlərinin sayının və istifadəsinin ilkin uçotunun aparılmasını təşkil etmək və bu barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (bundan sonra –Nazirlik) məlumat vermək;
- ovçuları müəyyən edilmiş normativ əsasında ov silahı üçün sursat ilə təmin etmək;
- təbii fəlakət və digər səbəblər nəticəsində dağılmış və ya məhv olmuş ovçuluq təsərrüfatlarını bərpa etmək;
- onlara təhkim olunmuş ərazilərdə brakonyerliyin qarşısını almaq üçün tədbirlər görmək;
- heyvanlar aləmi və ovçuluq fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək.
- “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə uyğun olaraq ovçular cəmiyyətlərinin ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili və idarə edilməsində hüquqları aşağıdakılardır:
- ovçuluq sahəsində dövlət proqramlarının, ovçuluq təsərrüfatlarının inkişafı və yerləşdirilməsi sxemlərinin hazırlanmasında iştirak etmək;
- ovçuluq sahəsində normativ hüquqi aktların qəbul edilməsinə və ovçuluq təsərrüfatlarında vəhşi heyvanlardan istifadə limitlərinə dair Nazirliyə təkliflər vermək;
- ovçuluq təsərrüfatının beynəlxalq standartlara uyğun təşkil edilməsi və respublika və ya yerli əhəmiyyətli ovçuluq təsərrüfatlarının təşkili və ləğv edilməsi barədə Nazirliyə təkliflər vermək;
- ovçuluq təsərrüfatlarında ovçuluğu təşkil etmək;
- ovçuları cəmiyyətə üzv qəbul etmək və üzv olması barədə onlara üzvlük bileti vermək;
- hər il üçün ovçular cəmiyyətinə üzv olan ovçulardan üzvlük haqqının vaxtında ödənilməsini tələb etmək;
- qanunvericiliklə müəyyən edilmiş qaydada ov silahı, atıcılıq sursatı, ovçuluq-balıqçılıq ləvazimatı, idman inventarı və digər ovçuluq əşyalarının satışını təşkil etmək;
- həvəskar və idman ovunu həyata keçirmək üçün istifadə edilən ov alətlərinin (ov silahı və onun üçün sursat istisna olmaqla) istehsalını təşkil etmək;
- ovçuluq təsərrüfatlarının işinin təkmilləşdirilməsi, bu sahədə təcrübənin artırılması məqsədilə seminar-treninqlərin və digər tədbirlərin keçirilməsini təşkil etmək;
- ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili və idarə edilməsi istiqamətində beynəlxalq və qabaqcıl təcrübələrin mediada təbliğ edilməsi işində iştirak etmək;
- ovçuluq təsərrüfatında vəhşi heyvanların təbii və süni artmasına, onların yaşayış mühitinin qorunmasına və yaxşılaşmasına yönəldilən kompleks tədbirlərdə iştirak etmək;
- ovçuluğun və ovçuluq təsərrüfatının aparılmasında heyvanlar aləmi obyektlərindən istifadə üzrə müəyyən olunmuş qaydalara, normalara, limitlərə və müddətlərə əməl edilməsində iştirak etmək;
- ovçuluğun və ovçuluq təsərrüfatının aparılmasında vəhşi heyvanların yaşadıqları ərazilərdə həyat tərzlərinin sabitliyini pozmayan və ovlanmasına icazə verilməyən heyvan növlərinin qorunmasını təmin edən üsulların tətbiqində iştirak etmək;
- ovçuluğun və ovçuluq təsərrüfatının aparılmasında vəhşi heyvanlar xəstəliyə yoluxduqda, onların yaşayış mühiti pisləşdikdə, məhv olma təhlükəsi yarandıqda və tələf olması hallarında xəstəliklərin profilaktikası və ləğvi üzrə keçirilən kompleks tədbirlərdə iştirak etmək;
- ovçuluq təsərrüfatında sərhəd nişanlarının qoyulması, nəzarət-buraxılış məntəqələrinin yaradılması və işinin müvafiq qaydada təşkil edilməsinə dair təkliflər vermək;
- ovçuluq təsərrüfatında vəhşi heyvanların sayının və istifadəsinin ilkin uçotunun aparılmasında, onların vəziyyətlərinin və yaşayış yerlərinin xüsusiyyətlərinin öyrənilməsində iştirak etmək;
- ovçuluq təsərrüfatlarında biotexniki tədbirlərin və təbii bərpa işlərinin həyata keçirilməsinə dair təkliflər vermək və onun həyata keçirilməsində iştirak etmək;
- heyvanlar aləmi və ovçuluq fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda nəzərdə tutulan digər hüquqları həyata keçirmək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
-
6 d. əvvəl
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
-
-
23 d. əvvəl
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dubay və Əbu-Dabidə ev almaq üçün 72 saatlıq fürsət – Ramazan endirimləri olacaq
-
2 saat əvvəl
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda armatur istehsalı 15 faizə yaxın azalıb
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
Xalq artisti karton-kağız biznesinə daxil olub
Azercell “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
"AzRe Təkrarsığorta"nın xalis mənfəəti 8 faizə yaxın azalıb
Finlandiya şirkəti Avropada ilk kvant hesablama şirkətlərindən biri kimi birjaya çıxmağı planlaşdırır

























