Bu gün Türkiyə Mərkəzi Bankı çox mühüm faiz qərarını açıqlayacaq
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) bu gün açıqlayacağı faiz qərarı investorların diqqət mərkəzindədir. TCMB-nin bugünkü iclasında əsas faizinin aşağı salınması prosesində ilk addımı atacağı gözlənilir. Mart ayında 5 bəndlik artımın ardından TCMB faiz dərəcəsini 8 ay ərzində 50 faizdə sabit saxlayıb.Bu gün Bakı vaxtı ilə saat 15:00-da Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) 2024-cü ilin son faiz qərarını açıqlayacaq.
Marja.az xəbər verir ki, TCMB-nin əsas faizini (həftəlik repo faizi) 1,50 faiz bəndi azaldaraq 50%-dən 48,50%-ə endirəcəyi gözlənilir. Bank xeyli müddətdir faizini 50% səviyyəsində saxlayır. Əgər faiz endirimi baş verərsə, bu, Türkiyə üçün yeni dövrün başlanğıcı olacaqdır.
"AA Finance"ın sorğusuna qatılan iqtisadçılar TCMB-nin faizini 1,50 faiz bəndi azaldaraq 48,50 faizə endirəcəyini gözləyirlər. İqtisadçıların 2025-ci ilin sonu üşün faizi proqnozları 29,50%-dir.
Bəzi iqtisadçılar TCMB-nin bu gün faizini sabit saxlayacağını gözləyirlər.
Xarici banklar nə deyir?
Qlobal investisiya banklarından "Morgan Stanley" 2 faiz bəndi, "Deutsche Bank" və "JPMorgan" isə 1,50 faiz bəndi endirim gözlədiyi halda, "Goldman Sachs" faiz endirimini gözləmir.
Son günlər TCMB-nin yumuşaq pul siyasətinə başlayacağı gözləntiləri ilə Türkiyə Lirəsi ucuzlaşıb. Dollar/TL əvvəlki həftəni 0,8 yüksələrək 35,2269 səviyyəsində bağlamışdır.
Bakı vaxtı ilə saat 08:20-də Dollar/Türkiyə Lirəsi məzənnəsi 35,27 lirə səviyyələrində olub.
Dollar psixoloji hədd olaraq hesab edilən 35 lirəni keçdiyi gündən davamlı olaraq yeni rekordlar qırır. ABŞ Mərkəzi Bankının (FED) faiz qərarından sonra Dollar/TL məzənnəsinin yüksəlməsi sürətlənib. Dolların məzənnəsinin ilin sonuna kimi 36 lirəyə çatacağı gözlənilir.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı inflyasiyanın yavaşladığını açıqlamışdır.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 18 d. əvvəl
-
- 24 d. əvvəl
- 33 d. əvvəl
-
44 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 48 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb











.jpg)


.jpg)








