Audi Q8-in istehsal edildiyi zavod bağlanır
Audi-nin tezliklə bağlanacaq Brüssel zavodunun işçiləri rəhbərliyin həmkarlar ittifaqı ilə danışıqlar aparmaq əvəzinə işçilərə birbaşa təzminat təklif etmək cəhdinə etiraz ediblər.
Marja xəbər verir ki, Belçikada həmkarlar ittifaqlarının çağırışı ilə Audi-nin Brüssel zavodunda çalışan yüzlərlə insan obyektin qarşısına toplaşıb. İşçilər fevralın sonunda bağlanacağı gözlənilən zavod rəhbərliyinin işçilərə daha çox təminat verməsini istəyirlər.
Etirazçılar Audi rəhbərliyinin həmkarlar ittifaqı nümayəndələri vasitəsilə deyil, birbaşa işçilərə təklif vermək qərarını tənqid ediblər.
İyul ayında Audi markası, lüks elektrik avtomobil modeli Q8-in istehsal edildiyi və təxminən 3 min nəfərin çalışdığı Brüssel zavodunun tələbin azalması səbəbindən bağlanacağını və bu modellərin istehsalının Meksikada davam edəcəyini açıqlamışdı.
Audi rəhbərliyi sentyabrın əvvəlində Brüsseldəki zavoda Volkswagen Qrupu tərəfindən istehsal üçün heç bir modelin ayrılmadığını elan edib. Bu vəziyyət zavod işçilərini və həmkarlar ittifaqlarını narahat edirdi.
Etiraz olaraq, işçilər tamamlanan avtomobillərin açarlarını müsadirə etmişdilər.
Audi də Brüssel zavodu üçün yeni investorlar axtarmağa başlayıb. Bu proses zamanı 20-dən çox investorla əlaqə saxlanılsa da, uyğun alıcı tapmaq mümkün olmayıb.
Bağlanması gözlənilən zavodun rəhbərliyi ilə həmkarlar ittifaqı nümayəndələri işçilərlə bağlı "sosial plan" danışıqlarında razılığa gələ bilməyib. Bu səbəbdən Audi rəhbərliyi həmkarlar ittifaqı nümayəndələrinin əvəzinə birbaşa işçilərə təklif vermək qərarına gəlib.
Bu çərçivədə, qanuni ixtisar pulu ilə yanaşı, Audi işçilərə iş stajından asılı olaraq mükafatlar verilməsi planlaşdırılır.
Həmkarlar ittifaqları Audi rəhbərliyinin işçilərə birbaşa təklifinə qarşı çıxır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)






