Çox az ödəniş edərək, ailə bu sığortadan yararlanmışdı - Borcu sığorta şirkəti tərəfindən ödənildi
Hər kreditin bir hekayəsi var...Bu məqalə kommersiya banklarından birinin təqdim etdiyi kredit tarixçəsinə əsasən hazırlanmışdır.
Hər kreditin arxasında bir insan həyatı dayanır. Bankdan verilən hər kredit təkcə bir maliyyə əməliyyatı deyil, eyni zamanda arzuların, məqsədlərin və çətinliklərin şahididir. Kredit tarixçələri bizə insanların həyatındakı dönüş nöqtələri, reallaşdırılan xəyallar və qarşılaşılan problemlər haqqında bir hekayə danışır.
Belə ki, kredit götürən ailə istehlak krediti müraciəti zamanı bank işçisi ilə söhbət edərkən həyatlarının ən böyük arzusunu bölüşdülər: övladlarının gəzə bilməsi üçün əməliyyatın vacib olması. Lakin əllərindəki vəsait və gəlirləri əməliyyat üçün kifayət deyildi.
Bankın dəstəyi ilə aldıqları kredit onlara bu arzunu reallaşdırmaq fürsəti verdi. 3 oktyabr onların evindəki əməliyyat sevinci bu kredit tarixçəsinin uğurlu nəticəsidir.
İlk ayda kredit ödənişində gecikmə yaşanmasa da amma daha sonra bank bu müştəridən heç bir xəbər ala bilmədi. Gecikmələr çoxalırdı, hələ üstəlik gecikməyə görə artan faizlər.
Bank daxili aparılan araşdırmalar nəticəsində kredit götürən şəxs Əhməd Rzayevin bir neçə ay öncə elektrik cərəyanı vurması nəticəsində vəfat etdiyi ortaya çıxdı. Amma bank olaraq, kredit götürən şəxsə istehlak krediti zamanı "Kredit Həyat Sığortası" da təklif olunmuşdu. Çox az ödəniş edərək, ailə bu sığortadan yararlanmışdı və bunun nəticəsində vəfat etmiş şəxsin ailəsinin kredit borcu həyat sığortası şirkəti tərəfindən ödənildi.
Qeyd edək ki, istehlak krediti götürən istənilən şəxsə könüllü olaraq bank tərəfindən həyat sığortası təklif olunur. Kredit həyat sığortası tam olaraq kredit müddətini əhatə edir. Müştərinin ölüm, xəstəlik və ya bədbəxt hadisə nəticəsində əlilliyin təyin olunması hallarında, sığorta şirkəti qalan kredit borcunu qarşılayır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
1 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
-
1 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
2 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
3 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
3 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb






















