Aralıq dənizi sahillərinə səyahəti AccessBank-dan kim qazandı?
İsti yay günlərində Aralıq dənizi sahillərində istirahət etməyi xəyal edənlər, çoxdandır istifadə etdikləri telefonu yeni iPhone 7 ilə əvəz etmək arzusunda olanlar, sevimli videoları kompüterdə deyil rahat planşetdə izləmək istəyənlərin üzləri bu yay AccessBank-la güldü.
AccessBank-ın müştərilərini bu yay intizarda saxlayan “Bu yay üzünüzə güləcək” adlı lotereya başa çatdı. Lotereyada Antalyaya 2 nəfərlik səyahət, 2 ədəd Apple iPhone 7 smartfonu və 4 ədəd Samsung Galaxy planşeti oynanılırdı.
2 ay davam edən lotereyanın 2-ci tirajının qalibləri kənardan dəvət olunan şəxslərdən ibarət müstəqil komissiyanın müşahidəsi ilə bu gün bankın Baş ofisində müəyyən olundu. 2-ci tirajın nəticələrinə əsasən bu dəfə də bankın 7 Mastercard ödəniş kart sahibi dəyərli hədiyyələri qazandılar.
Qaliblərin müştəri kodları və qazandıqları hədiyyələr haqqında məlumatı Bankın rəsmi internet səhifəsindən əldə edə bilərsiniz.
Xatırladaq ki, lotereyada iştirak etmək və hədiyyələri qazanmaq üçün ölkə ərazisində və ya xaricində yerləşən istənilən ticarət-xidmət müəssisələrində, həmçinin, İnternet üzərindən məhsullar və ya xidmətlər üzrə 21 iyul – 20 avqust tarixləri ərzində nağdsız şəkildə əməliyyat etmək tələb olunurdu.
AccessBank-ın Rəqəmsal Bankçılıq üzrə İcraçı Direktoru Səbinə Qurbanovanın sözlərinə görə, lotereyanın keçirilməsində əsas məqsəd respublikamızda nağdsız ödənişlər sisteminin inkişafına töhfə vermək idi. “Biz şadıq ki, yayın əvvəlində başladığımız bu lotereya müştərilərimiz arasında böyük maraqla qarşılandı. Lotereyanın nəticələrinə əsasən bankın yeni kart müştəriləri və kartlar üzrə dövriyyə xeyli artmışdır. Biz bütün qalibləri təbrik edirik və bildirmək istəyirik ki, gələcəkdə də müştərilərimizi yeni kampaniya və lotereyalar ilə sevindirməyə davam edəcəyik.”
Lotereya ilə bağlı daha ətraflı məlumatı Bankın rəsmi internet saytından, Facebook və twitter səhifələrindən, eləcə də 151 - Ümumi Məlumat Mərkəzindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























