2025-ci ildə qızılın qiyməti üzrə yeni proqnoz
ING tərəfindən dərc edilən hesabatda ABŞ və Çin arasında ticarət gərginliyinin ümumiyyətlə əmtəə qiymətlərini aşağı salacağı, lakin qızılın digər əmtəələrdən fərqli olaraq yüksəliş tendensiyası olacağı proqnozlaşdırılıb. Bank 2025-ci ildə qızılın unsiyasının orta qiymətinin 2 min 760 dollar olacağını nəzərdə tutur.Hollandiyanın iri bankı ING, ABŞ və Çin arasındakı gərginliyin gələn il enerji və əmtəə bazarlarına təsir göstərəcəyini, qızıl üçün perspektivin parlaq olduğunu bildirib.
Marja xəbər verir ki, ING-nin 2025-ci il proqnoz hesabatında, Donald Trampın ticarət tərəfdaşlarına tariflər tətbiq etmə planı və Çinin mümkün cavab tədbirləri kimi hadisələr nəticəsində neft, metal və kənd təsərrüfatı da daxil olmaqla əmtəə bazarlarında sürətli hərəkətlərin müşahidə oluna biləcəyini proqnozlaşdırılıb.
Hesabatda, ticarət gərginliyinin artması potensialının aşağı yönlü risk olduğu qeyd edilib.
ING, qızılın bu il də geosiyasi narahatlıqlar səbəbiylə ardıcıl rekordlar qırmaq silsiləsini davam etdirəcəyini və qiymətlərin 2025-ci ildə orta hesabla 2 min 760 dollara yüksələcəyini bildirib.
Hesabata görə, qızıl alışlarının əksəriyyəti xarici ehtiyatlarını diversifikasiya etmək istəyən mərkəzi banklardan olacaq. Artan ticarət və geosiyasi gərginlik qızılın təhlükəsiz "liman" cəlbediciliyini artıra bilər.
Xam neftin ucuzlaşacağı nəzərdə tutulur
Hesabata görə, Trampın ABŞ-ın neft hasilatında böyük irəliləyiş əldə edəcəyi ehtimalı mümkün olmasa da, xam neft OPEC-dən kənar güclü hasilat artımının təzyiqi altında qalacaq. ING gələn il Brent neftinin orta hesabla 71 dollar/barelə düşəcəyini proqnozlaşdırır.
Qeyd edilib ki, ABŞ-ın yeni LNG ixrac müəssisələri Avropaya Rusiya tədarükünü daha asan kompensasiya etməyə imkan verəcək və bu, normal qış fərziyyəsi ilə regionda təbii qaz qiymətlərinin aşağı düşməsinə səbəb olacaq.
“Mis ucuzlaşacaq”
ING-nin hesabatına görə, 2025-ci ildə misin tonunun qiymətinin orta hesabla 8900 dollara çatacağı gözlənilir. Hava ilə bağlı narahatlıqlar kənd təsərrüfatı mallarına təsir etməkdə davam edəcəkdir.
Kakao və qəhvə qiymətlərinin gələn il daha da dəyişəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 17 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
2 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
2 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub





















