3360 şəxsə 63,4 milyon manat güzəştli kredit verilib
Bu il AKİA tərəfindən aqrar sektorda fəaliyyət göstərən 3360 fiziki və hüquqi şəxsə güzəştli kredit verilibAqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən kənd təsərrüfatı fəaliyyətinin güzəştli şərtlərlə kreditləşdirilməsi davam edir.
Marja.az AKİA-ya istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində AKİA tərəfindən aqrar sektorda fəaliyyət göstərən 3360 fiziki və hüquqi şəxsə 63.4 milyon manat məbləğində güzəştli kredit verilib.
10 ay ərzində güzəştli şərtlərlə verilmiş kreditin 48.3 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 1 milyon manatı güzəştli kreditlər, 14.1 milyon manatı isə mikrokreditlərdir.
AKİA həmçinin kənd təsərrüfatı texnikası və avadanlıqlarının, eyni zamanda damazlıq heyvanların alınması fermerlərə güzəşt vəsaiti ayırır.
2024-cü ilin yanvar-oktyabr ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 5208 baş damazlıq heyvanın (4410 baş iribuynuzlu, 798 baş xırdabuynuzlu) alışı üçün 15.2 milyon manat, habelə güzəşt vəsaiti ayrılıb.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 39 d. əvvəl
-
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Müasir marketinq: səs-küydən mənaya doğru
Suraxanının İcra başçısına töhmət verilib
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İqtisadiyyat naziri özünə yeni müşavir təyin edib






















