Velosiped və skuter ehtiyat hissələrinin sənaye yığımı məqsədilə idxalı gömrük rüsumundan azad edildi
Azərbaycana velosiped və skuter ehtiyat hissələrinin idxalı 2028-ci ilə qədər gömrük rüsumundan azad edilib. Qərar yerli istehsalçıdan daxil olan müraciətlər nəzərə alınmaqla, velosiped və skuterin ölkə ərazisində sənaye yığımının təşviq edilməsi və dəstəklənməsi üçün idxal olunan velosiped və skuter ehtiyat hissələrinin idxal gömrük rüsumlarının optimallaşdırılması məqsədilə hazırlanıb. Hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarına uyğun olaraq velosiped və skuter ehtiyat hissələrinin idxalı üzrə əsasən 5 və 15 faiz rüsum dərəcəsində advalor gömrük rüsumu (bir ehtiyat hissəsi üzrə isə spesifik gömrük rüsumu) müəyyən olunub. Qərara əsasən 31.12.2028-ci il tarixinədək olmaqla həmin ehtiyat hissələrinin sənaye (yığım) müəssisəsində sənaye yığımı məqsədilə idxalı üzrə gömrük rüsumu “0” faiz dərəcəsində müəyyən edilib.Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Nazirlər Kabinetinin yaydığı məlumata görə, bu qərar yerli istehsalçıdan daxil olan müraciətlər nəzərə alınmaqla, velosiped və skuterin ölkə ərazisində sənaye yığımının təşviq edilməsi və dəstəklənməsi üçün idxal olunan velosiped və skuter ehtiyat hissələrinin idxal gömrük rüsumlarının optimallaşdırılması məqsədilə hazırlanıb.
İndiyə qədər qüvvədə olan qaydaya görə, velosiped və skuter ehtiyat hissələrinin idxalı üzrə əsasən 5 % və 15 % rüsum dərəcəsində advalor gömrük rüsumu (bir ehtiyat hissəsi üzrə isə spesifik gömrük rüsumu) müəyyən olunub. Yeni qərara əsasən, 2028-ci ilin sonuna qədər həmin ehtiyat hissələrinin sənaye (yığım) müəssisəsində sənaye yığımı məqsədilə idxalı üzrə gömrük rüsumu ləğv edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 10 d. əvvəl
- 11 d. əvvəl
- 44 d. əvvəl
- 45 d. əvvəl
-
1 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 14 saat əvvəl
-
15 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Qızıl və gümüş rekord yenilədi
Suriyada yeni pul vahidi dövrü başlayır
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Ən çox oxunanlar
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI
Unibankda yeni təyinat olub





















