Neftin qiyməti kəskin düşdü
Həftə sonu İsrailin İrana cavab hücumundan sonra neft kəskin ucuzlaşıb. Buna səbəb İsrailin İrana məhdud, qeyri-adekvat hücumudur.Həftə sonu İsrailin İrana cavab hücumundan sonra neft bazar ertəsi kəskin ucuzlaşıb.
Marja xəbər verir ki, Brent markalı neft 6 faizə yaxın ucuzlaşıb və qiyməti 71,70 dollara düşüb (Bakı vaxtı ilə saat 14:50-yə olan məlumat).
İsrail təyyarələri şənbə günü İranın hərbi obyektlərini vurub və yəhudi dövləti bu hücum ilə ayın əvvəlində İranın raket hücumuna cavab vermək vədini yerinə yetirib. Lakin hücum gözləniləndən daha məhdud olub. Tehran hücuma dərhal cavab verəcəyini vəd etməyib və İranın dövlət mediası ölkənin neft sənayesi fəaliyyətinin normal fəaliyyət göstərdiyini bildirib.
Digər tərəfdən, "Citigroup Inc", Yaxın Şərqdəki münaqişələrdən qaynaqlanan risklərin aşağı olduğunu əsas gətirərək, Brent markalı neftin qiyməti ilə bağlı proqnozlarını aşağı salıb.
Analitiklər deyib ki, İsrailin şənbə günü qisas alması bazarlar tərəfindən qeyri-adekvat olaraq görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
39 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 41 d. əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
























