Neft və qaz qiymətlərinin kəskin düşməsi və bir ilindən artıq aşağı qalması Azərbaycan üçün bədbin ssenaridir
Belə bir vəziyyət Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirlərini azaltmaqla aktivlərinin daha sürətlə tükənməsinə gətirib çıxara bilər.2024-cü ilin yanvar-iyun aylarında “Azeri Light” markalı xam neftin bir barelinin orta ixrac qiyməti 86,5 ABŞ dollarına bərabər olmuşdur.
Marja.az xəbər verir ki, bu, barədə Maliyyə Nazirliyinin açıqladığı "2025-2028-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.
Qeyd edilib ki, bu da 2024-cü ilin ilkin təsdiq edilmiş büdcə parametrlərinin hesablanması zamanı götürülmüş qiymətdən (60 ABŞ dolları) 44,2 faiz çoxdur.
Çərçivədə neft və təbii qaz qiymətlərinin volatilliyi və mitiqasiya tədbirləri barədə məlumatlar da yer alıb.
Qeyd edilib ki, xam neft və təbii qaz qiymətlərinin volatilliyinə dövlət maliyyəsi və ortamüddətli dövrdə büdcə gəlirləri daha çox həssasdır. Bu baxımdan qeyd olunan riskin mitiqasiyası məqsədilə aşağıdakılar nəzərdə tutulur:
- beynəlxalq maliyyə institutları və agentlikləri tərəfindən xam neftin dünya bazar qiymətinin əsasən təqribi 80-85 ABŞ dolları civarında proqnozlaşdırılmasına baxmayaraq, 2025-ci il üzrə büdcə parametrlərinin hesablanması zamanı neftin bir barelinin orta illik qiymətinin həmin proqnozlardan aşağı, yəni 70 ABŞ dolları, habelə təbii qazın qiymətlərində volatilliyin yüksək olması ilə əlaqədar dövlət büdcəsində təbii qazın orta çəkili satış qiymətinin (242 ABŞ dolları/min kub metr) proqnozlaşdırılmasına daha balanslı yanaşması qiymət riskinin mülayimləşdirilməsinə xidmət edir;
- dövlət büdcəsinin tərtibi zamanı Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin xarici valyutada deyil, manat ifadəsində müəyyən olunması neftin qiyməti ilə bağlı risklərin dövlət büdcəsinə birbaşa təsirinin azalmasına xidmət edir.
Vurğulanıb ki, beləliklə, dövlət büdcəsinin neft gəlirlərinin mühüm komponenti olan Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləği neftin qiyməti, hasilat həcmi və valyuta məzənnəsinin dəyişkənliyi ilə bilavasitə bağlı olmadığından növbəti ilin dövlət büdcəsinin neft gəlirləri üzrə mədaxili bir növ sığortalanır.
"Bununla belə, neft və təbii qaz qiymətlərinin kəskin düşməsi və bir büdcə ilindən artıq müddət ərzində aşağı səviyyədə qalması icmal və dövlət büdcəsinin gəlirlərinin azalmasına, habelə Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirlərini azaltmaqla aktivlərinin daha sürətlə tükənməsinə gətirib çıxara bilər. Bu baxımdan, neft və təbii qaz qiymətlərinin aşağı səviyyədə olması riskinin mitiqasiyası məqsədilə büdcənin gəlir və xərcləri hesablanarkən neft qiymətlərində mühafizəkar yanaşma zəruri hesab edilir",- "2025-2028-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
7 d. əvvəl
Kapitaldan istifadə vəziyyəti 22 bankdan 9-da yaxşılaşıb, 13-də isə pisləşib
-
-
20 d. əvvəl
Azərbaycan bankları faiz xərclərini faiz gəlirləri ilə ödəyə bilirmi? - ARAŞDIRMA
-
37 d. əvvəl
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
- 43 d. əvvəl
-
52 d. əvvəl
OpenAI-nin yeni maliyyələşdirmə turu 100 milyard dolları aşa bilər
-
57 d. əvvəl
Putinin nümayəndəsi: ABŞ ilə mümkün layihələrin dəyəri 14 trilyon dollardan çoxdur
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
bp şirkəti Azərbaycanda iri müqavilə bağladı - ÜMUMİ DƏYƏRİ 1 MİLYARD DOLLARDAN ÇOX OLA BİLƏR
-
2 saat əvvəl
“Dövlət borcunun idarə edilməsinə dair Strategiya” hazırlanacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Azərsilah"ın Şirvandakı zavodunda qəza olub
Naxçıvanda 1- 9 nömrəli şəhərdaxili və Bakının 142 nömrəli şəhərətrafı avtobus marşrutu bu şəxslərə verildi
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti - 2 dollardan çox bahalaşıb
bp şirkəti Azərbaycanda iri müqavilə bağladı - ÜMUMİ DƏYƏRİ 1 MİLYARD DOLLARDAN ÇOX OLA BİLƏR
“Dövlət borcunun idarə edilməsinə dair Strategiya” hazırlanacaq
Rəsmi məzənnələr açıqlandı
Nazirlikdə dövlət borcu yığıncağı
























