“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub
(®) İnnovasiya və sürət lideri “Bakcell” BMT-nin Qlobal Sazişinə (United Nations Global Compact) qoşulub. Bununla bağlı “Bakcell”in baş icraçı direktoru Klaus Müller və BMT Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri Samir Məmmədov arasında memorandum imzalanıb.
Klaus Müller bildirib ki, təşəbbüsə qoşulmaqla şirkət dayanıqlı inkişaf və sosial məsuliyyət prinsiplərinə sadiqliyini nümayiş etdirir: “BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun fəaliyyət strategiyamızın əsasını təşkil edir. Qlobal Sazişin 10 prinsipini tətbiq etməklə ekoloji, sosial və korporativ idarəetmə sahələrində fəaliyyətimizi daha da təkmilləşdirəcəyik”
“BMT-nin Qlobal Sazişinə qoşulmaqla “Bakcell” dayanıqlı gələcəyə töhfə vermək öhdəliyini bir daha təsdiqləyir. Bu, hər kəs üçün daha yaxşı bir gələcək qurmaq məqsədilə ictimai bir vəddir – tərəfdaşlara, səhmdarlara, təchizatçılara, işçilərə, müştərilərə və gələcək nəsillərə verilmiş bir öhdəlik. “Bakcell” sözünə sadiq korporativ şirkət kimi tanınır. Texnologiya dayanıqlığın əsas təminatçılarından biridir və yenilikçi bir şirkət olaraq “Bakcell”, fərdlər, icmalar və sənayelər üçün daha yaxşı, məsuliyyətli və qayğıkeş həyat tərzi yaratmaq məqsədilə texnologiyanı əlçatan etməyə mühüm töhfə verəcək”, - deyə Samir Məmmədov bildirib.
Qeyd edək ki, “Bakcell” işğaldan azad olunmuş bölgələr də daxil olmaqla, ölkə ərazisində keçirdiyi müxtəlif innovativ layihələrlə iqtisadiyyatın inkişafına, Azərbaycanın dayanıqlı inkişaf hədəflərinə çatmasına töhfə verir. “Bakcell”in ətraf mühitin qorunması istiqamətində atdığı addımlar enerji istehlakı və elektron tullantıların ətraf mühitə təsirinin azaldılmasını, həmçinin bərpa olunan enerji mənbələrindən daha geniş şəkildə istifadəni hədəfləyir. Belə ki, şirkət eSIM texnologiyasının tətbiqi ilə plastik tullantıları azaldır, həmçinin bərpa olunan enerji ilə işləyən stansiyalarla bağlı pilot layihə həyata keçirir. Bundan əlavə, şirkət həyata keçirdiyi “FLEXcellence” proqramı vasitəsilə hibrid iş rejimini təşviq edir. Bu isə öz növbəsində əməkdaşların enerji və vaxt itkisini azaldır, onların iş və şəxsi həyatları arasında balansı təmin etməsinə kömək edir.
BMT-nin Qlobal Sazişi dünyada dayanıqlı inkişaf və sosial məsuliyyət sahəsində ən böyük beynəlxalq təşəbbüsdür. Hazırda Qlobal Sazişin iştirakçıları sırasında 160-dan çox ölkədən 20 mindən çox təşkilat yer alır. Təşəbbüs üzvlərinin əsas məqsədi öz strategiya və fəaliyyətlərini beynəlxalq səviyyədə qəbul edilmiş insan haqları, işçi hüquqları, ətraf mühitin qorunması ilə bağlı prinsiplərə və “Dayanıqlı inkişaf üzrə 2030 Gündəliyi”nə uyğunlaşdırmaqdır.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda ”Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
“Bakcell” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
17 d. əvvəl
Almaniyada əhalinin 2050-ci ilə qədər 5 faiz, 2070-ci ilədək 10% azalacağı gözlənilir
-
-
13 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
- 15 saat əvvəl
-
16 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
17 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 17 saat əvvəl
-
17 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 17 saat əvvəl
-
18 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
Agentlik 191 şirkətdən 22-nin uçotunu ləğv edib
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Ən çox oxunanlar
Sərfəli şərtlərlə istehlak krediti
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var



















