Hindistanlı milyarder Ratan Tata vəfat edib
Milyarder və Hindistanın "Tata Group" korporasiyasının direktorlar şurasının keçmiş sədri Ratan Tata 86 yaşında vəfat edib. Bu barədə şirkətin saytında məlumat verilib.
Marja xəbər verir ki, məlumatda bildirilir: “Biz dərin hüzn hissi ilə əvəzsiz töhfələri təkcə Tata Qrupunu deyil, həm də millətimizin quruluşunu formalaşdıran qeyri-adi lider olan Ratan Naval Tata ilə vidalaşırıq. Mükəmməlliyə, dürüstlüyə və innovasiyaya sarsılmaz sadiqliyi ilə, Tata Qrupu onun rəhbərliyi altında öz prinsiplərinə həmişə sadiq qalaraq qlobal varlığını genişləndirmişdir. Tatanın xeyriyyəçilik və cəmiyyətin inkişafına sadiqliyi milyonlarla insanın həyatına toxunub. Təhsildən səhiyyə sahəsinədək onun təşəbbüsləri gələcək nəsillərə fayda verəcək dərin iz buraxıb”.
Ratan Tata 28 dekabr 1937-ci ildə anadan olub. O, Hindistanın nüfuzlu Tata ailəsindən idi. Ratan Tata 1990-2012-ci illərdə Tata Qrupuna sədrlik edib və 2016-cı ilin oktyabrından 2017-ci ilin fevralına kimi şirkətin müvəqqəti sədri olub.
"Tata Group" 1868-ci ildə yaradılıb və Hindistanın ən böyük şirkətlərindən biridir. Şirkət informasiya texnologiyaları, energetika, maşınqayırma, material və kimya istehsalı sahələrində fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)








.jpg)







