Azərbaycandakı 5 ulduzlu hotellərdə orta qiymət 39 % artıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 5 ulduzlu hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com üzrə bir gecə qalmaq üçün orta qiymət 227,7 manat təşkil edib.
Dövlət Turizm Agentliyinin hesabatına əsasən aparılan hesablamaya görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,7 % çoxdur.
Hesabat dövründə ən yüksək qiymət 344,2 manat olmaqla Qəbələdə qeydə alınıb. Bu, 1 il əvvələ nisbətən 15,6 % çoxdur.
İkinci yerdə 308,8 manat olmaqla Abşeron hotelləri qərarlaşıb. Bu, ötən illin eyni dövrü ilə müqayisədə 83,1 % çoxdur.
5 ulduzlu hotellər arasında üçüncü yeri isə 306,5 manat olmaqla Quba hotelləri tutub. Bu rayonda orta qiymət son 1 ildə 2 dəfə artıb.
Naftalanda 5 ulduzlu hotellərdə bir gecə qalmaq 275 manata (+ 11,5 %), Şamaxıda 223,9 manata (+ 18,5 % ), Bakıda 211,2 manata (+ 40 %), Lənkəranda 183,3 manata (- 22,2 %), Şabranda 165,6 manata (+ 9,9 %), Qaxda 161,6 manata (+ 8,4 %), Şəmkirdə 157,6 manat (+38,2 %), İsmayıllıda 156,6 manat (ötən ilki rəqəm göstərilməyib) ötən il , Şəkidə 149,4 manat ( + 15,2 %), Naxçıvanda 126,3 manat (+26,3 %), Qusarda 108,8 manat (-48,1 % ) başa gəlib.
© “Report”
Müştərilərin xəbərləri
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 21 saat sonra
-
-
12 d. əvvəl
“İnno Kapital”ın xalis mənfəəti 2,2 dəfə artıb – MALİYYƏ GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI
- 17 d. əvvəl
- 18 d. əvvəl
- 20 d. əvvəl
-
30 d. əvvəl
Click to Pay with Visa — Epoint-də onlayn checkout üçün yeni standart
-
42 d. əvvəl
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SİMA rəqəmsal imza Birbank-da!
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
Broyler şirkətinin xalis zərəri təxminən 2 dəfə artıb
Broyler şirkətinin xalis mənfəəti 24% artıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Rəsmi məzənnələr açıqlandı
“CFİ Financial İnvestisiya Şirkəti” daha aktiv fəaliyyətə hazırlaşır
Qızıl ABŞ-ın İrana hücumlarından sonra ucuzlaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 18 GÜN
Neft ABŞ-ın yeni hərbi hücumları ilə bahalaşıb






.jpg)








.jpg)





