Qızıl, ABŞ-da açıqlanacaq məşğulluq məlumatı ərəfəsində bahalaşır
Bu gün açıqlanacaq ABŞ-da kənd təsərrüfatı sektoru xaric məşğulluq məlumatı öncəsi qızıl bahalaşmağa başlayıb.Qızılın qiyməti, ABŞ iqtisadiyyatının və pul siyasətinin gələcəyi ilə bağlı ipucları verəcək məşğulluq və əməkhaqqı məlumatlarından əvvəl yüksəlib.
Marja.az xəbər verir ki, Bakı vaxtı ilə saat 08:00-da qızıl 0,2% bahalaşma ilə 2661 dollardan ticarət olunub.
Qızıl bu il təxminən 30 faiz bahalaşıb. Qiymətli metal, FED tərəfindən faizlərin azaldılması nikbinliyi ilə yanaşı, güclü mərkəzi bank alışları və "təhlükəsiz liman" tələbi ilə də dəstəklənib.
Sentyabrın 26-da XAU/USD bir unsiya üçün rekord səviyyəyə qalxaraq 2685,42 dolları görüb. Qızılın bahalaşmasına ABŞ Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) faiz dərəcələrini endirməsi, geosiyasi gərginliyin artması, mərkəzi bankların və Çində fiziki alışıların təkan verib.
Sentyabr ayı üzrə qeyri-kənd təsərrüfatı məşğulluq məlumatı məyusedici olarsa, qızılı daha da bahalaşmaq potensialına malikdir. Sentyabrda ABŞ-də kənd təsərrüfatı sektoru xaric məşğulluğun 147 min artdığı proqnozlaşdırılır. Avqustda artım 142 min olmuşdu. Ölkədə işsizlik nisbətinin dəyişməyərək 4.2%-də qaldığı nəzərdə tutulur. Məlumatlar Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaqdır.
Kənd təsərrüfatı sektoru xaric məşğulluq əvvəlki ay ərzində məşğul olan insanların sayındakı dəyişikliyi ölçür. İş yerlərinin yaradılması istehlak xərclərinin aparıcı göstəricisidir və iqtisadi fəaliyyətin canlandığına işarədir.
Gözləniləndən yüksək göstərici USD üçün müsbət/buğa, gözləniləndən aşağı göstərici isə USD üçün mənfi/ayı kimi qəbul edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)














