1-ci Azərbaycan-Rusiya Maliyyə Dialoqu keçirilib
Dialoq çərçivəsində aparılan müzakirələrin nəticəsi olaraq, maliyyə nazirləri iki ölkənin maliyyə sahəsində maraqlarına cavab verən təşəbbüslərin həyata keçirilməsi üçün əməli addımlar atmaq və ekspertlər səviyyəsində texniki məsləhətləşmələr aparmaq barədə razılığa gəliblər.Sentyabrın 13-də Moskva şəhərində Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov və Rusiya Federasiyasının maliyyə naziri Anton Siluanovun sədriliyi ilə Azərbaycan-Rusiya Maliyyə Dialoqunun 1-ci iclası keçirilib.
Plenar iclasın açılış nitqlərində Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi və etibarlı münasibətləri sayəsində bu gün dövlətlərarası əlaqələrin strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq ruhunda daha da möhkəmləndiyi vurğulanıb.
Qeyd edilib ki, siyasi münasibətlərin yüksək səviyyədə inkişafı iqtisadi münasibətlərin də genişləndirilməsini şərtləndirir və təsadüfü deyil ki, bu gün Rusiya Azərbaycanın nəhəng ticarət tərəfdaşıdır.
Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin bütün sahələrdə ənənəvi olaraq qarşılıqlı etimada əsaslandığını və konstruktiv xarakter daşıdığını vurğulayan cənab Anton Siluanov bildirib ki, ikitərəfli əməkdaşlığın inkişaf potensialı və ortaq maraqlar maliyyə sahəsində qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinə imkan verir. O, bu baxımdan Azərbaycan-Rusiya Maliyyə Dialoqunun ilk iclasının gündəliyinin və burda qəbul ediləcək qərarların əhəmiyyəti vurğulanıb.
Maliyyə naziri Samir Şərifov isə bildirib ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərin inkişafı məmnunluq doğurur və qarşılıqlı fəaliyyətin əhatə dairəsi ildən-ilə genişlənir. Nazir bütün istiqamətlər üzrə, o cümlədən qarşılıqlı maliyyə-iqtisadi fəaliyyətin, təcrübə mübadilələrinin, büdcə və vergi siyasəti, dövlət maliyyəsi idarəçiliyi sahəsində əməkdaşlığın genişlənməsini və gələcək inkişafını müəyyən edəcək Azərbaycan-Rusiya Maliyyə Dialoqunun institusionallaşmasının və sistemli şəkildə keçirilməsinin vacibliyini bildirib.
Tərəflər iki ölkənin maliyyə qurumları arasında büdcə siyasəti və audit fəaliyyəti ilə bağlı ayrı-ayrı məsələlər üzrə əməkdaşlığın həyata keçirildiyini qeyd ediblər, makroiqtisadi vəziyyətin qiymətləndirilməsi və yeni çağırışlarla bağlı fikir mübadiləsi apararaq, risklərin minimallaşdırılması istiqamətində təcrübələrini bölüşüblər.
İclas zamanı əməkdaşlığın genişləndirilməsi məqsədilə büdcə gəlirlərinin, o cümlədən neft gəlirlərinin proqnozlaşdırılması və təhlili, vergi siyasəti, eləcə də dövlət borcunun idarə edilməsi perspektivli istiqamətlər kimi müəyyən edilib.
Dialoq çərçivəsində aparılan müzakirələrin nəticəsi olaraq, maliyyə nazirləri iki ölkənin maliyyə sahəsində maraqlarına cavab verən təşəbbüslərin həyata keçirilməsi üçün əməli addımlar atmaq və ekspertlər səviyyəsində texniki məsləhətləşmələr aparmaq barədə razılığa gəliblər.
Tərəflər həmçinin, Azərbaycan və Rusiyanın BMT və MDB kimi çoxtərəfli platformalarda, eləcə də beynəlxalq maliyyə institutları çərçivəsində birgə əməkdaşlığın vacibliyini təsdiq ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
1 saat əvvəl
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
-
1 saat əvvəl
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
- 1 saat əvvəl
-
2 saat əvvəl
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
-
2 saat əvvəl
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
-
2 saat əvvəl
11 ayıda 9 milyard manata yaxın sosial ödəniş həyata keçirilib
-
2 saat əvvəl
Əhalinin və biznesin banklara cəmi borcu 30 milyard manata yaxınlaşıb
-
3 saat əvvəl
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yaponiyadan 1 milyondan çox xarici işçi qəbul planı
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
11 ayıda 9 milyard manata yaxın sosial ödəniş həyata keçirilib
Ən çox oxunanlar
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
Dekabrın 26-da gözlənilən hava şəraiti
11 ayda bankların cəmi xalis mənfəəti 1 milyard manatı keçib
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
"Cibimizdə yenilik" - 50 manatlıq əsginas dəyişdi: “2025” istehsal ili və yeni imza
























