Damazlıq sahəsinə ayrılan maliyyə resurslarının idarə edilməsində problemlər açıqlanıb
Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü il üzrə İş planına uyğun olaraq 2021-2023-cü illər əhatə olunmaqla Damazlıq heyvandarlıq sahəsinə dövlət dəstəyinin səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditi aparılıb.
Bu barədə Hesablama Palatasından bildirilib.
Qeyd edilib ki, auditlə ilkin damazlıq işi, damazlıq ehtiyatının (toxumunun) istehsalı və satışı, damazlıq heyvandarlığa dövlətin maliyyə dəstəkləri, o cümlədən süni mayalanma yolu ilə alınmış buzovlara subsidiyanın və damazlıq heyvanların dəyərinə güzəştlərin tətbiqi, eləcə də damazlıq heyvandarlıq sahəsində nəzarət mexanizmləri üzrə bütün mərhələlər əhatə olunmuş, zəruri audit proseduralarından istifadə olunaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (Nazirlik) və digər aidiyyəti qurumların fəaliyyətləri səmərəlilik və nəticəlilik baxımından qiymətləndirilib.
Palatadan bildirilib ki, ölkə ərazisində doğulan damazlıq heyvanlar üzrə mövcud olan hesabatlılığın vaxtında emal olunaraq mərkəzləşdirilmiş qaydada tabeliyindəki aidiyyəti qurumla əlaqələndirilməməsi 53 mindən çox olan potensial sayın pasportlaşma ilə əhatə olunmaması ilə nəticələnmiş, xidmət haqları qismində maliyyə resurslarının səfərbər olunma səviyyəsinə mənfi təsirlər göstərib.
Nəticəliliyi elmi-tədqiqatlarla təsdiqlənmədiyi halda müxtəlif cinslərə aid baş sayı 51859 olan iribuynuzlu mələz heyvanların 62,8%-nin fərqli cinslərdən olan heyvan toxumları ilə xaotik şəkildə süni mayalandırılmasına yol verilmişdir ki, bu da bir tərəfdən heyvan subsidiyaları üzrə ümumilikdə 3,3 mln. manat məbləğində vəsaitin nəticəsiz və səmərəsiz xərclənməsini, digər tərəfdən isə daxili nəzarətin cins tərkibinin yaxşılaşdırılmasına hədəflənməklə tam nəticəli təşkil edilmədiyini göstərib.
Ümumi statistika, süni mayalandırmaların 67,8%-nin uğurlu olmasını göstərsə də ləqəb sayı 40 olan buğaların toxumları ilə aparılmış 124970 süni mayalandırma hallarından orta hesabla yalnız 22,6%-nin uğurlu olmasına baxmayaraq daxili nəzarət qaydasında törədici buğaların toxumlarının məhsuldarlıq vəziyyətinin dövri olaraq qiymətləndirilməsi və aşağı törədicili toxumlardan istifadənin tədricən məhdudlaşdırılması kimi səmərələşdirici işlər aparılmayıb.
Rəsmiləşdirilmiş süni mayalandırmaların heyvan toxumunun yerli istehsalçısının satışı miqdarını 47,8% üstələməsinə baxmayaraq heyvan subsidiyasının həmin hallar üzrə də maliyyələşdirilməsinə yol verilməklə mənşəyi məlum olmayan heyvan toxumlarının süni mayalanma prosesinin səmərəliliyinə və nəticəliliyinə, subsidiyalaşma prosesinin isə əsaslılığına və ünvanlılığına yaratdığı təhdidlərin aradan qaldırılması tam təmin edilməyib.
Süni mayalanmanın subsidiyalaşdırılması üzrə dövlət dəstəyinin başlandığı dövrdən zəruri təhlillərin aparılmadığı, o cümlədən modelin perspektiv inkişaf ssenarilərinin və risklərinin dəyərləndirilmədiyi şəraitdə auditlə toplanmış sübutlar dövlət dəstəyinin əhatəliliyinə mənfi təsirlərin əsasən yerli heyvan toxumuna etibarın (inamın) az olması, süni mayalanma mütəxəssislərinin və baytarların sayının və peşəkarlıq səviyyəsinin zəruri tələblərə cavab verməməsi, fermerlərin maarifləndirilməsi və ya məlumatlandırılması prosesinin zəifliyi kimi amillərdən ibarət olduğunu göstərib.
Auditlə toplanmış sübutlar ölkə ərazisindəki damazlıq heyvanların istər identikləşdirilməsinin (birkalanmasının), istər pasportlaşdırılmasının, istərsə də zəruri elektron uçotunun təşkili səviyyəsinin sistemli, əhatəli və nəticəli olmadığını, pərakəndəliyin və natamamlığın hökm sürdüyünü, koordinasiyanın, eləcə də qurumlararası elektron informasiya sistemləri arasında zəruri parametrlərin inteqrasiyasının təmin edilmədiyini göstərmişdir ki, bu da vahid tənzimləmə tələb edən unikallaşdırma prosesi üzərində ikili inzibatçılığın səmərəsizliyini, uğursuzluqların məsuliyyətinin və prosedur cavabdehliyinin birinin digərinə ötürülməsi, eyni zamanda dövlət dəstəyi tədbirlərinin maliyyələşdirilməsinə dair idarəetmə qərarlarının etibarlı statistik göstəricilərə söykənməməsi kimi fəsadları səciyyələndirib.
Hesablama Palatasının Kollegiyası auditor hesabatının təsdiq olunması, artıq xərclərin dövlət büdcəsinə bərpası, aşkar edilmiş çatışmazlığın bərpa olunması, vergidən yayınma riskləri barədə Dövlət Vergi Xidmətinə məktubun göndərilməsi barədə qərar qəbul edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 55 d. əvvəl
-
1 saat əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
4 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 4 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edilib
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM












.jpg)






.jpg)



