"Sadıqoğlu" şirkəti tərəfindən böyük tikinti materialları bazarı inşa olunur
Cəbrayılda ən mühüm əhəmiyyətə malik ərazilərdən biri İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən 2021-ci ilin yanvarında cənab Prezident İlham Əliyevin göstərişi ilə yaradılan Araz Vadisi İqtisadi Zona Sənaye Parkıdır. Xatırladaq ki, bu park 2021-ci il oktyabrın 4-də Cəbrayılın işğaldan azad olunmasının ildönümü ərəfəsində yaradılıb.
Araz Vadisi İqtisadi Zonasının yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. 200 hektar əraziyə malik olan sənaye parkı Cəbrayıl rayonunun Soltanlı kəndində yerləşir. Məlumat üçün bildirək ki, respublikada ən böyük sənaye parkı Sumqayıt Kimya Sənaye Parkıdır. Cəbrayılda yerləşən bu park ərazisinə görə 2-ci böyük sənaye parkıdır.
İqtisadi Zonaların İnkişafı Agentliyinin Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının inzibati rəhbəri Malik Haciyev bildirdi ki, hazırda sənaye parkında mobilizasiya şəhərciyi yaradılıb. Burada işçilər üçün yataqxana tikilib, yeməkxana və market fəaliyyət göstərir. Bundan başqa, sənaye parkında 4 min kubmetr həcmində su anbarı tikilir. Elektrik enerjisinin fasiləsiz olması üçün generator da quraşdırılıb. Sənaye parkında hazırda ikimərtəbəli böyük inzibati binanın tikintisi gedir, elektrik yarımstansiyası və 12 ədəd transformator məntəqələri tikilir və daxili yollar çəkilir. Tullantı və yağış sularının axıdılması üçün kanalizasiya sistemi quraşdırılıb. Hazırda sənaye parkının 11 rezidenti və 2 qeyri-rezidenti var. Xatırladaq ki, qeyri-rezidentin keçən il iyunun 17-də dövlətimizin başçısı İlham Əliyevin və Macarıstanın Prezidentinin iştirakı ilə açılışı oldu. Digər layihə beton zavodudur ki, yaxın günlərdə fəaliyyətə başlayacaq. Daha bir layihə quru qatqılar, yəni suvaq işi materiallarının istehsalıdır.
"Qarabağ İnkişaf Şirkəti" 2 model pultla işləyən texnikaların, yanğınsöndürmə maşınlarının və çadırlı tır qoşqularının istehsalını həyata keçirəcək. "Sadıqoğlu" şirkəti tərəfindən böyük tikinti materialları bazarı inşa olunur.
Burada ərzaq və qeyri-ərzaq məhsullarının istehsalı üçün müəssisələr nəzərdə tutulur ki, bu da gələcəkdə Cəbrayılda və ətrafda məskunlaşan insanların məşğulluğunun artırılmasına böyük töhfə verəcək.
Onu da qeyd edək ki, sənaye parkının ərazisi həm logistika baxımından, həm buradan keçən magistral yolun əlverişli olduğuna görə sahibkarlarda çox böyük maraq doğurur. Həmçinin sənaye parkının ərazisindən dəmir yolu xətti keçir ki, bu da gələcəkdə həm beynəlxalq, həm də daxili yükdaşımalara böyük töhfə verəcək.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
6 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım












.jpg)


.jpg)








