Azərbaycana səfər etmiş ərəblərin sayı açıqlandı
2017-ci ilin yanvar-iyun ayları ərzində dünyanın 139 ölkəsindən 1 milyon 203,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycana gəlmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,5 faiz çoxdur.
Dövlət Statistika Komitəsindən "Marja"ya verilən məlumata görə, gələnlərin 31,2 faizi Rusiya Federasiyası, 21,2 faizi Gürcüstan, 15,0 faizi İran, 11,6 faizi Türkiyə, 3,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,3 faizi Ukrayna, 14,9 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur.
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 13,3 faizi yanvar ayında, 12,8 faizi fevral, 20,4 faizi mart, 15,6 faizi aprel, 17,6 faizi may, 20,3 faizi isə iyun ayında ölkəyə gəlmişlər.
Körfəz ölkələrindən gələnlərin sayının daha çox olması bu dövrdə ölkəmizə gəlmiş xarici ölkə vətəndaşlarının sayının artmasına təsir edən əsas amil olmuşdur. Belə ki, Oman vətəndaşlarının sayı 16,0 dəfə, Küveyt vətəndaşlarının sayı 8,7 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 6,0 dəfə, Qətər vətəndaşlarının sayı 6,0 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 4,4 dəfə, Bəhreyn vətəndaşlarının sayı 3,5 dəfə, İran vətəndaşlarının sayı 1,9 dəfə, İraq vətəndaşlarının sayı 1,8 dəfə artmışdır.
Bu dövrdə Körfəz ölkələrindən ümumilikdə 263,5 min nəfər gəlmiş və Azərbaycana səfər etmişlərin ümumi sayında onların xüsusi çəkisi 21,8 faiz təşkil etmişdir.
Cari ilin yanvar-iyun ayları ərzində Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 14,8 faiz artaraq 51,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 17,7 faiz artaraq 438,3 min nəfər olmuşdur.
2017-ci ilin yanvar-iyun aylarında ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər səfər zamanı daha çox yerüstü yol nəqliyyatından istifadə etmişlər. Belə ki, bu nəqliyyat növündən istifadə edənlərin ümumi yekunda xüsusi çəkisi 51,9 faiz, hava nəqliyyatından istifadə edənlərin 47,6 faiz, su nəqliyyatından istifadə edənlərin xüsusi çəkisi isə 0,5 faiz olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)








