Synergia Academy və PMD Hospitality-nin “Təlimdən Karyeraya” layihəsi uğurla başa çatıb
(®) Bu gün Synergia Academy və PMD Hospitality –nin birgə əməkdaşlığı nəticəsində həyata keçirilən “Təlimdən Karyeraya” layihəsi uğurla başa çatmışdır.
Tədbir Synergia Academy-nin Baş İcraçı Direktoru Rəna Əfəndiyevanın çıxışı ilə başlamış, PMD Hospitality-nin Baş İcraçı Direktoru Uygar Koçaşın nitqi ilə davam etmişdir.
“Təlimdən Karyeraya” layihəsi 2024-cü ilin mart ayında başlamış və 6 ay ərzində davam etmişdir. Sözügedən layihənin əsas məqsədi gənc nəslin nümayəndələrinin Qonaqpərvərlik sahəsinə olan maraqlarını artırmaq və təlimlərə cəlb etmək, onlara layihə boyunca intensiv yumşaq və müvafiq texniki bacarıqların əsasını öyrədərək, bu sahə üzrə işlə təmin etmək idi.
Layihə iştirakçı tələbələrin qonaqpərvərliklə bağlı müxtəlif sahələri dərk etmələrinə yardım etmiş, onların karyera və həyatlarında daha parlaq və peşəkar olaraq inkişafına köməklik göstərmişdir.
Tədbirdə layihə iştirakçıları sertifikat, müxtəlif maarifləndirici hədiyyələr ilə təltif və PMD Hospitality-yə daxil olan hotellərdə iş ilə təmin edilmişdilər.
Onu da qeyd edək ki, Synergia Academy-nin layihəsi bununla yekunlaşmır, növbəti aylarda Bakı şəhəri və regionlarımızda bu layihənin yenidən təşkil edilməyi planlaşdırılır.
Gənc məzunları əldə etdikləri nəticələr münasibətilə təbrik edir, onlara gələcək həyatlarında və karyeralarında uğurlar arzu edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
5 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
5 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
























