"Kursk vilayətinə hücumlar nəticəsində 12 dinc sakin həlak olub, 121 nəfər yaralanıb"
"Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumları nəticəsində 12 dinc sakin həlak olub, 121 nəfər yaralanıb".
Marja.az xəbər verir ki, bunu vilayətdəki vəziyyət ilə bağlı Prezident Valdimir Putinin keçirdiyi iclasda Kursk vilayətinin qubernatoru səlahiyyətlərini icra edən Smirnov bildirib.
Smirnov əlavə edib ki, bu günə qədər 121 minə yaxın sakin Kursk vilayətinin sərhəd rayonlarını tərk edib.
Rusiya Prezidenti Valdimir Putinin keçirdiyi iclasda Kursk vilayətindəki vəziyyətlə bağlı verilən məlumatlardan əsas məqamlar:
▪️Putin: Müdafiə Nazirliyi düşməni rayon ərazisindən sıxışdırıb çıxarmalıdır. Kursk vilayətində mövcud problemlərin həlli ən vacib məsələdir. Müdafiə Nazirliyi düşməni bölgə ərazisindən darmadağın etməlidir.
▪️"Kiyev Kursk bölgəsindəki hərəkətləri ilə gələcəkdə danışıqlarda mövqelərini yaxşılaşdırmağa çalışır", - Putin qeyd edib.
▪️"Ukrayna tərəfindən Kursk vilayətində hücumun məqsədi hərbi təmas xətti boyunca Rusiya qoşunlarının hücumunu dayandırmaqdır", - dövlət başçısı vurğulayıb.
▪️Putin Kiyevlə danışıqların perspektivləri haqqında: "Dinc əhaliyə fərq qoymadan zərbələr endirənlərlə hansı danışıqlardan söhbət gedə bilər".
▪️"Regionda vəziyyət ağırdır, 28 yaşayış məntəqəsi düşmən nəzarətindədir",- deyə Kursk qubernatorunun səlahiyyətlərini icra edən Smirnov bildirib.
▪️Düşmən nəzarətində olan məskunlaşan ərazilərdə olan 2 minə yaxın insanın taleyi məlum deyil.
▪️Ukrayna tərəfindən Kursk vilayətinə hücum nəticəsində 12 mülki şəxs həlak olub, 10-u uşaq olmaqla 121 nəfər yaralanıb, -deyə qubernator bildirib.
▪️"Bölgədə aydın cəbhə xətti yoxdur, bu, düşmənin yerini müəyyən etməyi çətinləşdirir", -deyə o qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 41 d. əvvəl
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
- 2 saat əvvəl
-
11 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
16 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
Alphabet 100 illik istiqraz burxmağı planlaşdırır
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Ən çox oxunanlar
Fəzail Ağamalı vəfat edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur



















.webp)








