Azərbaycanın sement şirkətindən 226 milyon manatlıq satış
Qarabağda yenidənqurma işlərinin əsas sement təchizatçılarından biri olan Azərbaycanın iri sement istehsalçısı "Norm" ASC 2023-cü ili 52 milyon 640 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 39 milyon 474 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Norm" şirkətinin xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 13 milyon 166 min manat və ya 33,3% artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
SATIŞI ARTIB
Marja.az Şirkətin maliyyə göstəricilərinə istinadən xəbər verir ki, "Norm" ASC-nin satışdan gəliri 2022-ci ildə 203 milyon 633 min manat ikən, 2023-cü ildə 226 milyon 1 min manata yüksəlib (22 milyon 368 min manat və ya 11% artıb).
Ötən il satışın maya dəyəri isə cəmi 3 milyon 372 min manat və ya 3% artaraq 116 milyon 934 min manat təşkil edib.
Keçən il "Norm" şirkətinin ümumi, inzibati, marketinq və çatdırılma xərcləri 8 milyon 945 min manat artaraq 45 milyon 361 min manat olub (2022-ci ildə 36 milyon 416 min manat təşkil etmişdi).
2023-cü ildə "Norm" ASC 2 milyon 649 min manat maliyyə gəlirləri, 2 milyon 810 min manat digər gəlirlər də əldə edib.
DÖVLƏT BÜDCƏSİNƏ DAHA ÇOX MƏNFƏƏT VERGİSİ ÖDƏYİB
2023-cü ilin yekunları üzrə "Norm" ASC 14 milyon 170 min manat mənfəət vergisi ödəyib. Şirkət 2022-ci ilin yekunları üzrə 11 milyon 531 min manat mənfəət vergisi ödəmişdi.
ŞİRKƏT BÖYÜYÜB
31 dekabr 2023-cü il tarixində "Norm" ASC 330 milyon 382 min manat cəmi aktivlərə malik olub. Şirkət 2022-ci ilin sonunda 307 milyon 702 min manat cəmi aktivlərə malik idi.
İstehsal gücü gündə 5300 ton klinker, ildə isə 2,1 milyon ton sement təşkil edən Norm Sement zavodu Cənubi Qafqazın ən böyük sement zavodudur. "Norm" ASC müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. NEQSOL Holding-in tərkibində olan şirkətlərin fəaliyyəti Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
7 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
7 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
12 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 17 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Ən çox oxunanlar
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb























