Azərbaycanda 6 qədim yemiş sortunun bərpası həyata keçirilib
Ekspedisiyalar nəticəsində toplanmış qədim yemiş sortu nümunələrindən biotexnologiya laboratoriyasında yeni toxumlar yaradılıb
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun seleksionerləri Azərbaycanın 6 qədim yemiş sortunun bərpasını həyata keçiriblər. Azərbaycanın müxtəlif bölgələrinə ekspedisiyalar zamanı itməkdə olan yemiş sortlarının toxumlarından nümunələr götürülüb. Nünunələr institutun seleksiyaçı alimləri tərəfindən öyrənildikdən sonra biotexnologiya laboratoriyasında çoxaldılıb və ilkin toxumçuluğu həyata keçirilib. Yenidən bərpa olunan qədim yemiş toxumlarının Kürdəmir rayonundakı fərdi təsərrüfatda eksperimental əkini aparılıb.
Kürdəmirli fermer Nizami Bədəlovun təsərrüfatında Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun seleksiyaçılarının tərtib etdiyi proqrama uyğun olaraq aqrotexniki qulluq həyata keçirilib. Nəticələr uğurlu olub və ölkəmizin itməkdə olan “Reyhani”, “Şahnəzər”, “Qəndi”, “Boz Dəli”, “Sineyvaz” və “Uzundadaş” yemiş sortlarının bərpası mümkün olub. Təsərrüfatda qədim yemiş sortları ilə yanaşı, İnstitut tərəfindən yaradılmış “Nihal”, “Günəş, “Xurşud”, “Sədəf”, “Kəhrəba” və “Yaqut” adlı yeni yemiş sortlarının, eyni zamanda əlavə olaraq 5 qarpız və 5 yemiş sortunun eksperimental əkini həyata keçirilib. Sınaq əkinləri Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun Seleksiya şöbəsinin böyük elmi işçisi Xurşud Məmmədova və kiçik elmi işçi Türkan Hacıyevanın nəzarəti altında aparılıb. Qədim sort nümunələri ilə yanaşı yeni sortların sınaq əkinlərində də uğurlu nəticələr əldə edilib.
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Kürdəmir rayonunda bostançılıqla məşğul olan 40-dək fermerin iştirakı ilə istər qədim, istərsə yeni yemiş sortlarının yetişdirilmiş nümunələri ilə tanışlıq və nümunələrin dequstasiya göstəricilərinin qiymətləndirilməsinə dair tədbir təşkil edib. Tədbirdə fermerlərə bərpa olunmuş və yeni yaradılmış yemiş sortlarının xüsusiyyətləri barədə məlumatlar verilib. İnstitutun direktoru Elmar Allahverdiyev bildirib ki, qədim yemiş sortlarının bərpası istiqamətində uzun müddətdən bəri aparılan işlər uğurla nəticələnib. Müxtəlif bölgələrə təşkil olunan ekspedisiyalar zamanı xüsusilə itməkdə olan sortların son nümunələrinin tapılması, laboratoriyada analizi, ilkin toxumçuluğunun təşkili istiqamətində seleksiyaçılar tərəfindən kompleks işlər görülüb. Fermerlərə təqdim olunan bərpa olunmuş sortların xəstəliklərə davamlılıq, məhsuldarlıq və dequstasiya göstəricilərinin hazırda ölkədə yetişdirilən xarici sortlardan üstün olduğunu deyən institut direktoru layihənin yekunlarına uyğun olaraq qədim yemiş sortlarının kütləvi toxumçuluğunun təşkilinə başlayacaqlarını deyib. Elmar Allahverdiyev Azərbaycanda məşhur olan yemiş sortlarına daxili bazarda böyük tələbat olduğunu, bu sortların kütləvi əkininin həm sortların bərpası, həm də fermerlərin gəlirlərinin çoxalması baxımından əhəmiyyət kəsb etdiyini bildirib.
Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqları Birliyinin rəhbəri Fuad Məmmədov çıxış edərək bostan bitkilərinin yetişdirilməsi ənənələrinin Kürdəmir rayonunda tarixən güclü olduğunu, ölkəmizdə mövcud olan əksər yemiş və qarpız sortlarının rayon ərazisində əkildiyini bildirib. Eksperimental əkinlər üçün məhz Kürdəmir rayonunun seçilməsini uğurlu seçim adlandıran birlik rəhbəri qədim və yeni sortların bərpasında seleksiyaçı alimlərlə yanaşı, bostan bitkilərinin yetişdirilməsi təcrübəsi olan fermerlərin də böyük rol oynadığını deyib. Daha sonra Fuad Məmmədov qədim yemiş sortlarının bərpası istiqamətində fəaliyyətinə görə seleksiyaçı Xurşud Məmmədova və Türkan Hacıyevaya, sınaq əkinlərini həyata keçirmiş fermer Nizami Bədirova, əkinlərin təşkilinə təşkilati dəstəyə görə Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elşən Cəbrayılova Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqları Birliyinin xüsusi mükafatlarını təqdim edib.
Tədbirdə çıxış edən kürdəmirli fermerlər qədim yemiş sortlarının bərpası istiqamətində görülən işləri müsbət qiymətləndirib, növbəti mövsüm bu sortların əkin sahələrinin artırılacağını qeyd ediblər. Fermerlər bildiriblər ki, Azərbaycanın itməkdə olan qədim yemiş sortlarına postsovet məkanında da böyük tələbat olub. Azərbaycanda yetişdirilən bostan məhsullarının dequstasiya göstəriciləri, nəqliyyata davamlılığı, tez yetişməsi bu məhsulların bütün postsovet məkanına ixracına imkan verirdi. Bu səbəbdən əvvəllər məşhur olan sortların yenidən əkilməsi daxili bazarda həm bostan məhsullarına olan tələbatın ödənilməsini təmin edəcək, həm də gələcəkdə bu məhsulların ənənəvi xarici bazarlara ixracına imkan yaradacaq.
Tədbirin sonunda fermerlər bərpa olunmuş və yeni yaradılmış yemiş sortlarının dad keyfiyyətlərini dəyərləndiriblər. Dequstasiya prosesində fermerlər tərəfindən xüsusi bal sistemi üzrə sortun rəngi, dadı, şəkərlilik səviyyəsi və digər göstəriciləri 5 ballıq sistem üzrə qiymətləndirilib. Qiymətləndirmənin nəticələri sorğu şəklində toplanaraq Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun Seleksiya şöbəsi tərəfindən dəyərləndiriləcək.
Qeyd edək ki, İnstitut sınaq əkinləri uğurla başa çatmış bərpa olunan və yeni yaradılmış yemiş sortlarını qeydiyyata alınmaq üçün Dövlət Reyestrinə təqdim etmək niyyətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 6 saat sonra
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 7 saat əvvəl
-
8 saat əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
8 saat əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
9 saat əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
-
9 saat əvvəl
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
-
9 saat əvvəl
PAŞA Bank “Nargis” Fondunun Qurban bayramı xeyriyyə aksiyasını dəstəkləyib
-
9 saat əvvəl
Bank of Baku-dan şəhid və qazi övladları üçün “RoboKəşf” təşəbbüsü – təlim və ekskursiya
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Ən çox oxunanlar
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kristal"ın bütün satış ofisləri bayram günlərində də açıq olacaq!
İnvestorlara milyonlarla manat borcu olan “FINCA Azerbaijan”ın bir sıra maliyyə göstəriciləri pisləşib
Bayram günlərində bankların və “Azərpoçt”un bəzi filial və şöbələri fəaliyyət göstərəcək -SİYAHI
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ







.jpg)











.jpg)



