Naxçıvanda 10-a yaxın bankın iştirakı ilə konfrans keçirilir, daha bir bankla müqavilə bağlanıb
Bu gün Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin təşkilatçılığı 10-a yaxın bankın iştirakı ilə “Naxçıvanda biznesə güzəştli maliyyələşmə dəstəyi” mövzusunda konfrans keçirilir.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən Marja-ya verilən məlumata görə, konfransın məqsədi maliyyə resurslarına əlçatanlığın təmin edilməsi məqsədilə kredit təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi, sahibkarların güzəştli kreditlərin verilməsi qaydaları ilə ətraflı tanış edilməsi, muxtar respublikanın investisiya mühitinin tanıdılması, dövlət proqramı ilə müəyyən edilmiş prioritetlərin çatdırılmasıdır.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda 11 prioritet istiqamət müəyyən olunmuşdur.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında 2024-cü il üçün 4 əsas istiqamət - aqrar sahə, turizm, nəqliyyat-logistika, yaşıl enerji, həmçinin sənaye, o cümlədən emal sənayesi və real sektorun digər sahələri əsas prioritetlərdəndir.
Naxçıvan MR İqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib ki, İqtisadiyyat Nazirliyi yeni iş yerlərinin, əlavə dəyər yaradan sahələrin maliyyələşdirilməsində maraqlıdır.
Maliyyə əlçatanlığının təmin edilməsi məsədilə Sahibkarlığın İnkişafı Fondunun fəaliyyəti yenidən təşkil olunmuş, aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Müşahidə Şurası yaradılmış, güzəştli kreditlərin real sektora yönləndirilməsinin təşviqi, kredit bazarı iştirakçıları ilə səmərəli və şəffaf əməkdaşlıq kimi hədəflər müəyyən edilmişdir.
Hesabat dövrü ərzində fondun kredit qoyuluşlarının artması nəticəsində kredit portfelinin diversifikasiyası təmin edilmişdir. Hal-hazırda Fondun kredit portfeli 52,5 milyon manat təşkil edir.
"Kredit borclarının geri qaytarılmasının sürətləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilmiş, Sahibkarlığın İnkişafı Fonduna öhdəlik olaraq vaxtında qaytarılmalı, lakin qaytarılması təmin edilməyən vaxtı keçmiş kreditlərin məbləği 1 yanvar 2024-cü il tarixə 16 milyon manata yaxın olmuşdursa, 2024-cü il 1 iyul tarixinə 10,1 milyon manat və ya 63,5 faiz azalaraq 5,8 milyon manata endirilmişdir.
Nəticədə, Fondun ehtiyatlarının qalıq məbləği 2,4 dəfə artaraq 6,7 milyon manatdan 16,1 milyon manata çatmışdır.
Cari ilin 6 ayında vaxtı keçmiş kredit vəsaitinin ödənilməsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 25,4 dəfə çox olmuşdur.
Abbas İsmayılov, "İş adamlarına müraciət edərək real sektora və prioritet sahələrə yönəlmiş layihələrini Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirmə imkanlarından istifadə etməyə dəvət edirəm" deyərək çıxışına belə davam edib:
"Fond gələcəkdə maliyyə əlçatanlığının artırılması istiqamətində fəaliyyətini davam etdirəcək, Naxçıvanın iqtisadi artımına təsir edən layihələr dəstəklənəcəkdir.
Bu günkü tədbir çərçivəsində daha bir bankla müvəkkil kredit təşkilatı kimi əməkdaşlıq müqaviləsi bağlanmışdır. Bununla da müvəkkil kredit təşkilatlarının sayı 4-ə çatdırılmışdır. Digər kredit təşkilatlarını da Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu ilə sıx əməkdaşlıq etməyə dəvət edirəm".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
6 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
6 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!





















