Beynəlxalq təşkilat Azərbaycanın KOB evi modelini qabaqcıl innovativ təcrübə kimi təqdim edib
Sahibkarlara xidmət sahəsində Azərbaycanın nümunəvi modeli kimi KOB evləri barədə qurumun saytında məlumat paylaşılıb.Azərbaycanın KOB evi modeli beynəlxalq səviyyədə uğur əldə edib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Marja-ya verilən məlumata görə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzinin keçirdiyi müsabiqədə ekspertlər tərəfindən KOB evləri qabaqcıl innovativ təcrübələrdən biri kimi qiymətləndirilib və Azərbaycanın nümunəvi modeli kimi qurumun saytında paylaşılıb.
Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzinin saytında 2003-cü ildən ideyaların və yeniliklərin paylaşıldığı bölmə fəaliyyət göstərir. Burada dünyanın 90-a yaxın ölkəsində mövcud olan innovasiyalar barədə məlumatlar qeyd olunur ki, onların arasında Kiçik və Orta Biznesi İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan KOB evləri də yer alır.
Saytda dərc olunmuş məlumatda KOB evləri biznesin planlaşdırılması, biznesə başlanması, biznesin idarə edilməsi və inkişafı üzrə KOB-lara xidmətlər təqdim edən bir pəncərə mərkəzi kimi təqdim edilir. KOB sektorunun inkişafına töhfə vermək üçün dövlət və özəl qurumların imkanlarının bir platformada birləşdirilməsi və əlaqələndirilməsi unikal təşəbbüs kimi qiymətləndirilir.
Qeyd edək ki, İƏİT-in 2011-ci ildə yaradılmış Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi dövlət sektorunda qabaqcıl innovasiyaların tətbiqinə və təbliğinə dəstək verən qlobal forumdur. Mərkəz dövlətlərə dəstək məqsədilə qabaqcıl innovativ təcrübələr, yeni ideyalar, biliklər, alətlər və əlaqə vasitələrini paylaşan platforma rolunu oynayır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
6 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























