Yaponiyanın əhalisi ardıcıl 15-ci il azalıb
Yaponiyanın ümumi əhalisi keçən il yarım milyon nəfərdən çox azalaraq, ardıcıl 15-ci il azalıb.
Marja xəbər verir ki, Yaponiya Daxili İşlər Nazirliyinin açıqladığı əhalinin sayı barədə məlumatlarına görə, 2023-cü ildə diri doğulan körpələrin sayı 730 minlə indiyə qədərki ən aşağı səviyyədə qalıb. Keçən il ölkədə ölənlərin sayının 1,58 milyon nəfər olub.
2024-cü il yanvarın 1-nə ölkə əhalisinin sayı 124,9 milyon nəfər olub.
Əcnəbilərin sayı 3 milyonu ötüb
Yaponiyada yaşayan əcnəbilərin sayı 11 faiz artaraq ilk dəfə 3 milyonu keçib.
Hazırda ümumi əhalinin təxminən 3 faizini təşkil edən əcnəbilər əsasən 15-64 yaş qrupunda olan əmək qabiliyyətli insanlardır.
Gənc yaponlar evlənmək və uşaq sahibi olmaq istəmirlər
Sorğular göstərir ki, gənc yaponlar getdikcə daha çox evlənmək və ya uşaq sahibi olmaq istəmirlər, pis iş perspektivləri, maaşdan daha sürətli artan yaşayış xərci, qadınların və işləyən anaların üzərinə yük qoyan gender (cinsiyyət ilə bağlı) şirkət mədəniyyəti onları ruhdan saldığını göstərir.
2024-cü il büdcəsinin bir hissəsi olaraq, hökumət gənc cütlükləri daha çox uşaq sahibi olmağa təşviq etmək üçün 34 milyard dollar ayırıb, məsələn, uşağa baxılması və təhsili üçün subsidiyalar artırılıb.
Mütəxəssislər bu tədbirlərin daha çox uşaq sahibi olmağı planlaşdıran və ya artıq uşaq sahibi olan evli cütlüklərə yönəldiyini, ancaq ailə qurmaq istəməyən gənclərə hitab etmədiyini bildirirlər.
Yaponiya əhalisinin 2070-ci ilə qədər təxminən 30 faiz azalaraq 87 milyona düşəcəyi, 65 və daha yuxarı yaşda olan hər 10 nəfərdən dördünün olacağı proqnozlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






















.jpg)
