YAP Vasif Talıbov və İsa Həbibbəylinin deputatlığa namizədliyini irəli sürməyib
YAP-ın siyahısında Əli Əhmədov, Mübariz Qurbanlı, Səyyad Aran da var, Vasif Talıbov və İsa Həbibbəylinin namizədliyi verilməyibYAP-ın deputatlığa namizədlərinin siyahısında Baş nazirin müavini Əli Əhmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Mübariz Qurbanlı, Komitənin keçmiş sədr müavini Səyyad Aranın adı var.
Bunu YAP İdarə Heyətinin üzvü Musa Quliyev İdarə Heyətinin iclasından sonra açıqlamasında deyib.
O, Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun və AMEA prezidenti İsa Həbibbəylinin adının isə YAP-ın siyahısında olmadığını bildirib. “Veteran YAP-çıların adı yenidən siyahıya daxil edilib. Əli Əhmədov, Səyyad Aran, Mübariz Qurbanlı, Eyvaz Qurbanovun adı YAP-ın namizədlər siyahısında var. Bu da onu göstərir ki, partiya öz veteranlarını unutmur. Vasif Talıbov, İsa Həbibbəylinin adı siyahıda yoxdur, Eldar İbrahimovun adı isə namizədlər siyahısına daxil edilib”, - deyə o qeyd edib.
XXX
Yeni Azərbaycan Partiyası VI çağırış Milli Məclisin bəzi deputatlarının növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürməyib.
Məlumata görə, bu barədə partiyanın İdarə Heyətinin bugünkü iclasında qərar qəbul edilib.
Belə ki, partiyanın İdarə Heyətinin qərarı ilə VI çağırış Milli Məclisin deputatları Vasif Talıbov və İsa Həbibbəylinin namizədliyi irəli sürülməyib.
Bundan başqa Səttar Möhbalıyevin də namizədliyi hakim partiya tərəfindən irəli sürülməyib.
© APA, Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
7 d. əvvəl
Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə ilk beynəlxalq karbon kreditləri əldə edilib
-
-
9 d. əvvəl
Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda
-
12 d. əvvəl
"TuranBank" “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
-
14 d. əvvəl
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
- 22 d. əvvəl
- 24 d. əvvəl
- 33 d. əvvəl
- 47 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
Rusiya “Telegram”ı bloklamağa başlayıb
Dövlət Statistika Komitəsinə sədr təyin edildi
Ən çox oxunanlar
vətəndaşların ən çox üzləşdiyi fırıldaqçılıq halları
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir



























