Bank "BTB" ilk 6 ayı xalis mənfəət ilə başa vurub, əməliyyat mənfəəti isə 2,5 dəfə artıb
Bank "BTB" ASC 2024-cü ilin 1-ci yarısını (yanvar-iyun) 226 min manat xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ilin ilk yarısını 309 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin azalması gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklər üzrə xərc ilə əlaqədardır. Hesabat dövründə Bankın cəmi əməliyyat gəlirləri artıb, əməliyyat mənfəəti yüksəlib.
GƏLİRİ VƏ ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
Marja.az xəbər verir ki, 2024-cü ilin ilk 6 ayı ərzində Bank "BTB"nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 17 milyon 978 min manat, əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 15 milyon 674 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 2 milyon 304 min manat təşkil edib.Həmçinin mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatdan azad olan 708 min manat mənfəətə əlavə olunub. Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək mənfəət 3 milyon 12 min manat təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin ilk 6 ayı ərzində Bank "BTB"nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 16 milyon 856 min manat, əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 15 milyon 951 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 905 min manat təşkil etmişdi. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatdan azad olan 2 milyon 252 min manat mənfəətə əlavə olunmuşdu. Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək mənfəət 3 milyon 157 min manat olmuşdu.
Beləliklə, 2024-cü ilin ilk 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə Bank "BTB"nin əməliyyat mənfəəti 1 milyon 399 min manat və ya 2,5 dəfə artıb.
KREDİT PORTFELİ BÖYUYÜB
30 İyun 2024-cü il tarixində Bank "BTB" 366 milyon 259 min manat cəmi aktivlərə, o cümlədən 273 milyon 585 min manat xalis kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Bank 2023-cü ilin sonunda 369 milyon 155 min manat cəmi aktivlərə, 268 milyon 610 min manat xalis kredit portfelinə malik olmuşdu. Beləliklə, ilk 6 ayda Bankın kredit portfeli 4 milyon 975 min manat və ya 1,8% artıb.
30 İyun 2024-cü il tarixində Bank "BTB" 313 milyon 617 min manat cəmi öhdəliklərə malik olub (30 dekabr 2023-cü il tarixində 321 milyon 791 min manat).
MƏCMU KAPİTALI ARTIB
30 İyun 2024-cü il tarixində Bank "BTB" 52 milyon 140 min manat məcmu kapitala malik olub. Bank 2023-cü ilin sonunda 50 milyon 977 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
3 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)





.jpg)












