Özbəkistan şirkəti Azərbaycana 92,5 milyon manat investisiya yatıracaq
Azərbaycanda ilk dəfə olaraq pambıqçılıq sahəsində özbəkistan təcrübəsi əsasında klasterləşmə formalaşdırılacaqİyulun 12-də İqtisadi Zonaların İnkişafı Agentliyinin və İmişli rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində Özbəkistanın "TST Textile Group” MMC-nin təsisçiləri ilə görüş keçirilib.
Bu barədə Marja-ya İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.
Qeyd edilib ki, görüşdə iyulun 5-də İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan İmişli rayonunda yerləşən aqroparkın 5826 hektarlıq təsərrüfat sahəsinin Özbəkistan şirkətinin uzunmüddətli istifadəsinə verilməsinə dair imzalanmış müqavilənin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.
"TST Textile Group” MMC tərəfindən 5826 hektarlıq ərazidə pambıq sahəsi salınacaq ki, bu da ölkəmizdə sözügedən sahənin inkişafında mühüm rol oynayacaq. İlkin mərhələdə pambıq sahəsinin yaradılmasına 28.7 milyon manat investisiya yatırılacaq.
Bundan başqa 2025-2029-ci illər ərzində şirkət tərəfindən pambıq emalı, iplik, toxuculuq və tikiş fabriklərinin, həmçinin pambıq yağı zavodunun qurulması nəzərdə tutulur.
Pambıq emalı və yağ zavodları İmişli rayonu ərazisində yerləşən 5826 ha torpaq sahəsində, iplik, toxuculuq və tikiş fabrikləri isə Mingəçevir Sənaye Parkının ərazisində yaradılacaq. Layihə çərçivəsində xammaldan son məhsul istehsalına kimi proseslər həyata keçiriləcək, bu da klasterləşmənin qurulmasına təkan verəcək.
Ümumi investisiya həcmi 92.5 milyon manat təşkil edən layihə çərçivəsində 1130 nəfərlik iş yerinin yaradılması planlaşdırılır. Layihənin həyata keçirilməsinə şəxsi vəsaitlə yanaşı, Azərbaycan-Özbəkistan İnvestisiya Fondu tərəfindən də vəsait ayrılması nəzərdə tutulur.
Beləliklə layihənin həyata keçirilməsi ölkədə pambıqçılıq sahəsində ilk dəfə olaraq özbəkistan təcrübəsi əsasında klasterləşmənin formalaşmasına gətirib çıxaracaq.
XXX
Özbəkistana məxsus “Tukımachı Sanoat Tekstıl” MMC Azərbaycanda yaradacağı 5 müəssisənin hesabına 10 il ərzində (2025-2034-cü illərdə) 648 milyon manat satış gəlirləri, 222 milyon manat isə vergiyəqədərki mənfəət əldə edəcəyini proqnozlaşdırır.
Bunu şirkətin təsisçilərindən biri Abduvoris Yuldaşov bildirib.
"İnvestisiyanın geri qayıtması müddəti 5,5 ildir. Layihədə xalis mənfəət marjası 34 % təşkil edir. Bu layihənin hesabına regionlarda məşğulluq təmin ediləcək, əlava dəyər yükü olan iplik, qumaş, tikiş məhsulları ixrac olunacaq", - deyə o qeyd edib.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev isə qeyd edib ki, bu məsələ uzun müddət müzakirə olunub: "Bu gün real nəticə görürük".
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Elkiyar Ziyadov isə bildirib ki, Azərbaycan Özbəkistan şirkətinə hər cür dəstək göstərməyə hazırdır.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 13 d. əvvəl
-
- 21 d. əvvəl
- 30 d. əvvəl
-
41 d. əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma











.jpg)



.jpg)










