Birbank taksit kartı sahibləri 150 000 AZN qazana bilərlər
(®) Ölkənin ilk rəqəmsal bankı Birbank yeni lotereyaya start verir. Kapital Bank-ın 150 illik yubleyi münasibətilə keçirilən lotereyanın əsas uduş məbləği nə az, nə çox 150 000 manatdır. Bundan başqa iştirakçılar minlərlə pul mükafatı və keşbeklər qazanacaqlar. 30 sentyabr 2024-cü il tarixinədək keçiriləcək lotereyada yalnız Birbank taksit kartı sahibləri iştirak edirlər.
Lotereyanın şərtlərinə əsasən Birbank taksit kartları ilə edilən hər 50 AZN və üzəri nağdlaşdırma, birdəfəlik ödəniş (POS-terminal, onlayn ödənişlər) və köçürmə əməliyyatları müştəriyə 1 bilet (lotereyada iştirak şansı) qazandırır. 50 AZN və üzəri taksit (ödəniş məbləğinin aylara faizsiz bölünməsi) və Ninja (əməliyyat məbləğinin aylara komissiya ilə bölünməsi) əməliyyatları zamanı kart sahibi hər 50 AZN üçün 10 bilet əldə edir.
Lotereya iştirakçılarına öz aktivliklərini rahat izləmək şansı da yaradılıb. Belə ki, müştərilər Birbank mobil tətbiqində “Bizdən sizə” bölməsində yerləşən “Lotereya” səhifəsinə keçid edərək əldə etdikləri biletlərin sayını görə bilərlər. Bundan başqa səhifədə hər ay yenilənəcək “Tapşırıqlar”ı tamamlamaqla əlavə bilet qazanmaq şansı da yaradılıb.
3 tirajda keçiriləcək lotereyanın ilk tirajı 8 avqust 2024-cü il tarixində baş tutacaq və 10-31 iyul 2024-cü il tarixlərində edilən əməliyyatları əhatə edəcək. 2-ci tiraj 10 sentyabr (1-31 avqust tarixində edilən əməliyyatlar), 3-cü final tirajı isə 15 oktyabr 2024-cü il tarixində keçiriləcək.
Hər tirajda 1 nəfər 10 000 AZN, 2 nəfər 1000 AZN, 10 nəfər 500 AZN, 20 nəfər 100 AZN, 1000 nəfər 10 AZN, 2300 nəfər isə 5 AZN dəyərində keşbək qazanacaq. Yalnız 1 şanslı müştəri isə lotereyanın super mükafatına -150 000 manata sahib olacaq.
Lotereya haqqında ətraflı məlumat: https://kbl.az/lttrypr
Lotereyada iştirakınızı izləmək üçün: https://onelink.to/fws6tw
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
12 d. əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
-
53 d. əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
55 d. əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 55 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu BOKT-un əsas rəhbər heyətinin hər biri 11 min manata yaxın maaş alıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Kürdəmirdə də "Bazarstore" açılacaq
“Günaydın” restoranı yeni filialını açır






.jpg)
.jpg)


.jpg)











.jpg)

