“PAŞA Holding”in sponsorluq etdiyi "Holberton School Azerbaijan” məktəbinin ilk Məzun Günü baş tutub
(®) 2023-cü ilin sentyabr ayından etibarən “PAŞA Holding”in sponsorluğu və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə Azerbaycana cəlb olunan dünyanın nüfuzlu məktəblər şəbəkəsi olan “Holberton School Azərbaijan” məktəbinin 4 iyul 2024-cü il tarixində ilk Məzun Günü keçirilib.
9 aylıq tədris zamanı, tələbələr üçün 11 "HolberTalks" seminarları, 15 demo intervyu, 10 şəxsi inkişaf treninq, 5 karyera günləri və limitsiz mentor dəstəyi təşkil olunub. Bundan əlavə, sözügedən məktəbi bitirmiş işlə təmin olunmuş tələbələrin sayı 12 təşkil edib.
Ümumilikdə, 22 ölkədə, 34 şəhərdə və ötən il Bakıda fəaliyətə başlayan "Holberton School" Məktəblər Şəbəkəsi Silikon Vadisində yüksək keyfiyyətli texnoloji proqramlarla, innovativ və praktiki metodologiya əsasında İKT sahəsində tədris verir. Qeyd edək ki, “Holberton School Azerbaijan”, tələbələrinə texniki və yumşaq bacarıqlar verməklə, onları iş dünyasında uğurlu olmağa hazırlayır.
Xatırladaq ki, innovasiyaların təşviqi, eləcə də ölkədə innovasiya ekosisteminə dəstəyin göstərilməsi PAŞA Holding-in önəm verdiyi istiqamətlərdəndir. Bu məqsədlə holdinq tərəfindən INMerge İnnovasiya Sammiti və PAŞA Hakaton təşkil edilir, yerli inkubasiya və akselerasiya mərkəzlərinə dəstək göstərilir. Qeyd edək ki, ölkədə ilk vençur kapital fondu və kibertəhlükəsizlik məktəbi də "PAŞA Holding"in dəstəyi ilə fəaliyyətə başlayıb.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 39 d. əvvəl
-
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Müasir marketinq: səs-küydən mənaya doğru
Suraxanının İcra başçısına töhmət verilib
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İqtisadiyyat naziri özünə yeni müşavir təyin edib





















