Bank Respublika“nın dəstəyi ilə III Milli Yaylaq Festivalı keçirildi
Bank Respublika III Milli Yaylaq Festivalının keçirilməsinə dəstək oldu(®) Fəaliyyətində milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verən Bank Respublika, 5-7 iyul tarixlərində Göygöl rayonunda yerləşən Xan yaylağında III Milli Yaylaq Festivalının keçirilməsinə dəstək oldu.
“Cavad xan” Tarix və Mədəniyyət fondunun təşəbbüsü ilə keçirilən festivalda ölkəmizdən və xaricdən çoxsaylı qonaqlar iştirak edirdi. Festival türkdilli dövlətlərin ortaq mədəniyyətini əks etdirən, tarixi ənənələri yaşadan, ona sadiq qalan dostluq, qardaşlıq bir amal uğrunda mübarizə aparan rəmzi məqsədi daşıyırdı.
Üç gün davam edən festival çərçivəsində Xan yaylağında orijinal üslubda “Yaylaq yurdu” adlı etnoqəsəbə yaradılıb. Qəsəbədə yaşayış yurdları ilə yanaşı, Cıdır meydanı, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı”, “Pəhləvan meydanı”, “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” və digər tematik sahələr mövcud olub.
Festival çərçivəsində genişmiqyaslı el şənlikləri nümayiş etdirilib, el oyunları keçilirib və qaliblərə Bank Respublika tərəfindən qiymətli hədiyyələr təqdim olunub.
Möhtəşəm konsert proqramı ilə başa çatan festival iştirakçılarının böyük alqışını qazanıb.
Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
8 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
8 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!






















