Taxıl üzrə orta məhsuldarlıq 31,6 sent/ha təşkil edir
Sahələrdən 2 468 767 ton məhsul yığılıbRespublikada biçin prosesinin yekun mərhələsi başlayıb.
Kənd Təsərrüfatı Nazirliyində taxıl biçininin təşkili ilə bağlı yaradılmış operativ qərargahın məlumatına görə, iyunun 10-dək ölkə üzrə taxıl zəmilərinin 77,2 faizində biçin tam başa çatıb. Sahələrdən 2 468 767 ton məhsul yığılıb, taxıl üzrə orta məhsuldarlıq 31,6 sent/ha təşkil edir.
Hazırda əsas biçin prosesi buğda sahələrində gedir. Bugünədək ölkə üzrə buğda sahələrinin 66,1 faizində biçin aparılıb. Biçin başa çatmış 387613 hektar sahədən 1 307 992 ton buğda yığılıb. Hazırda buğda üzrə orta məhsuldarlıq 33,7 sentner təşkil edir.
Arpa sahələrində də biçin prosesi tam yekunlaşmaq üzrədir. Hazırda yalnız yüksək dağlıq ərazilərdə yerləşən əkin sahələrində arpa biçini aparılır. Arpa üzrə orta məhsuldarlıq 29,5 sentnerə çatıb.
Biçin prosesində 1607 kombayn iştirak edir. Bunlardan 556 kombayn “Aqroservis” ASC-nin, 1051 kombayn isə fiziki və hüquqi şəxslərin özəl mülkiyyətində olan texnikalardır. Hazırda aktiv biçin Cəlilabad, Füzuli, İsmayıllı, Şəki və Tovuz, Qusar rayonlarında aparıldığından bu rayonlara dislokasiya edilmiş kombaynların ümumi sayı 738-ə çatıb.
Biçin prosesinin optimal müddətdə başa çatması gözlənilir.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 18 d. əvvəl
-
-
27 d. əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 46 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Müasir marketinq: səs-küydən mənaya doğru
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər




















