Azərbaycanın neft-qaz sektorunda 0,3 faiz, qeyri neft-qaz sektoru isə 7,4 faiz artıb
Dövlət Statistika Komitəsi 2024-cü ilin yanvar-iyun aylarında sənaye istehsalı haqqında məlumatları açıqlayıb.
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-iyun aylarında 31,5 milyard manatlıq sənaye məhsulu istehsal edilmiş, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 0,3 faiz, qeyri neft-qaz sektorunda isə 7,4 faiz artmışdır.
Sənaye məhsulunun 65,0 faizi mədənçıxarma sektorunda, 29,2 faizi emal sektorunda, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,9 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 5,3 faiz artmışdır.
Emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 74,4 faiz, əczaçılıq məhsullarının istehsalı 53,5 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 48,0 faiz, tikinti materiallarının istehsalı 35,7 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 32,0 faiz, mebel istehsalı 31,0 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 26,7 faiz, elektrik avadanlıqlarının istehsalı 18,5 faiz, tütün məmulatlarının istehsalı 18,0 faiz, içkilərin istehsalı 14,9 faiz, hazır metal məmulatlarının istehsalı 13,9 faiz, geyim istehsalı 8,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 7,8 faiz, qida məhsullarının istehsalı 4,6 faiz, kağız və karton istehsalı 4,5 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 4,4 faiz, neft məhsullarının istehsalı 1,9 faiz artmış, ağacın emalı və ağacdan məmulatların istehsalı 6,7 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 13,9 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 16,2 faiz, poliqrafiya məhsullarının istehsalı 20,8 faiz, maşın və avadanlıqların istehsalı 27,5 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 48,0 faiz, sair sənaye məhsullarının istehsalı isə 61,2 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,9 faiz azalmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 6,2 faiz artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)





